adalet.az header logo
  • Bakı 20°C
01 Iyul 2013 00:39
38378
ANALİZ
A- A+

Stratfor proqnoz verdi, Fridman Azırbaycandan yazdı

Amerikanın məşhur beyin mərkəzlərindən olan "Stratfor" ötən gün beynəlxalq sistemin gündəmdə olan 5 əsas məsələ ilə bağlı proqnozla çıxış edib. Adalet.az dünyaca məşhur olan stratfor.com saytına istinadən həmin proqnozları diqqətinizə çatdırır:

1. Regionda Türkiyə zəifləməkdə olan İranın yerini almaqla regional gücə çevriləcək.

2. Rusiya Şərqi Avropada təsirini gücləndirmək üçün iqtisadi vasitələrdən istifadə edəcək.

3. Hazırda iqtisadiyyatı sürətlə inkişaf edən ölkələr rəqib tanımayacaq tempdə inkişaf edən çinə əsas alternativlər kimi formalaşacaqlar.

4. İqtisadi qeyri-stabillik Çinin siyasi strukturunda dəyişikliklərlə nəticələnəcək.

5. Avropanın gələcəyini iqtisadi maraqlar və mədəni stabillik arasındakı qarşıdurma müəyyən edəcək.

Xatırladaq ki, Stratfor geosiyasi beyin mərkəzi olaraq dünyada baş verən proseslərlə bağlı strateji analizlər və təhlillər aparmaqla, proqnozlar verməklə bu istiqamətlərdə maraqlı olan oxucu auditoriyasına nəzəri və praktiki cəhətdən əsaslandırılmış etibarlı məlumatlar çatdırır.
Onu da əlavə edək ki,  Beyin mərkəzinin yaradıcısı və sədri olan, dünyanın ən məşhur analitiklərindən  Corc Fridman bir neçə dəfə ölkəmizdə səfərdə olmuş, özünün "Next 100 years" (Növbəti 100 il) kitabında Azərbaycanı dünyanın geostrateji mərkəzi, qlobal hadisələrin ətrafında dövr etdiyi bir ərazi kimi göstərmişdi. 

Müəllifin son məqaləsi də ABŞ-Azərbaycan münasibətlərinə həsr olunub. Saytın Həftəlik Geosiyasət bölməsində 11 iyun 2013-il tarixində yayımlanan "Geopolitical Journey: Azerbaijan and America" (Geosiyasi səyahət: Azərbaycan və Amerika) adlı sözügedən məqaləsində Fridman Azərbaycanın ABŞ üçün həm siyasi həm də strateji baxımdan kritik bir ölkə olduğuna diqqət çəkir. Bununla yanaşı müəllif Azərbaycana səfərlərindən söz açır, ölkəmizlə bağlı xoş xatirələrindən danışır.

Digər Xəbərlər