adalet.az header logo
  • Bakı 13°C

Virtualda sevmək

CƏLİL CAVANŞİR
30070 | 2013-06-21 15:17

İçkinintəsirindən bu dəfə ayaqlarım tutulmuşdu. Sol ayağımdakı trombdan müalicəyəbaşladığım üçün günümün çox hissəsi evdə keçirdi. Bütün günü facebook-da üzünügörmədiyim o qadınla danışırdım.

Əvvəlcəqardaşımın evinin bir otağına sığınmışdım, sonra isə ayrıca kirayə mənzil tutubkitab-dəftərimi və bir-iki dəst paltarımı da götürüb köçmüşdüm birotaqlımənzilə.

Facebook-dakıdostum da insaf edib skype-da gül camalını göstərdi və beləcə mənim təkliyiməvə tənhalığıma o qadının həyəcanlı baxışları və şirin səsi qənim kəsildi.

Müalicəmuğurla getdiyi üçün içki ilə əvvəlki ayrılmaz dostluğumuz pozulmuşdu. Hər şeyəayıq başla, sağlam analitik təfəkkürlə baxa bilirdim. Yəni, hisslərimin ağlımaqalib gəlmək şansı sıfıra bərabər idi.

İsrarlaməni görüşə çağırması, "mənə öz kitablarını gətir” deməsi ürəyimcə olsa da, bugörüşdən qaçırdım. Amma həyatımda ciddi boşluq yaranmışdı, tanıdığım,ünsiyyətdə olduğum bütün qadınlar ya çıxıb getmişdi, ya da mənuzaqlaşmışdım onlardan.

Dostumda tez-tez deyirdi ki, "Kədərli, qaramat statuslarınla bezdirmisən qadınları.Birdəfəlik başa düş ki, qadınlar kədərli, məğlub kişiləri yox, güclü, pozitivkişiləri sevir”. Sözün açığı heç nə umrumda deyildi. Sonuncu münasibətdəngeriyə ancaq kədərli xatirələr qalmışdı. Birlikdə olduğum qadın başqasıylayatandan sonra bütün əhvalatı nöqtə vergülünə qədər mənə danışıb bağışlanmağınıistəmişdi. Əvvəlcə bağışlamışdım, sonra nəyə isə əsəbləşib onu da biryolluqhəyatımdan silməyə qərar vermişdim.

Deyirəmaxı, ağılla hisslərin çarpışmasında ağılın qalib çıxdığı günlər idi. Uzunmüddət facebook-da danışdığım tələbə qız görüşməyi təklif elədi. Düşünmədənqəbul edib, onu münasib kafelərin birinə dəvət elədim. Sözün açığı sadəcətanımadığım biri ilə dərdləşməyə ehtiyacım vardı. Kədərli, hüznlü halımlaoturub kitab vərəqləyirdim ki, gəlib çıxdı (Sözün açığı kitabı oxumaq üçün yox,vaxtımı öldürmək üçün vərəqləyirdim).

Ordan-burdanxeyli söhbət elədik, kompliment deyib, kompliment eşitdim və eqomu xeylidoyuzdurdum. Qalxmağa hazırlaşanda əlimdən tutdu. Bütün bədənimdən qəribə birgizilti keçdi və hiss etdim ki, dəhşətli şəkildə onu arzulayıram. O isə 19yaşlı bir qızın edə biləcəyi məhrəmliklə əllərimi kiçik əllərinin içindəbərk-bərk sıxır, hərdən də gözlərimin içinə baxırdı. Hər ikimiz nə istədiyimizibilirdik, amma olmazdı. Onu evimə dəvət edə bilməzdim, çünki qarşımı kəsənçoxlu səbəblər vardı (Təcrübəsiz bir qıza bu vicdansızlığı edə bilməzdim).

Evədönüb içki şüşəsinə cumdum. Bəzi hallarda siqaret və içki qadını əvəz edir,daha doğrusu unutdurur.

Çoxiçmək səhhətimə ziyan olduğu üçün o gün azacıq içdim və içimdəki ağırlıq əriyibgedənə qədər ağladım.

Sonrayenə axşam düşdü, facebook-da hüznlü statuslar yazıb siqareti siqaretə caladım.Heç kəslə danışmaq istəmirdim. Yazılan PM-lərə cavab vermədən silirdim və başadüşürdüm ki, hər kəs yüngülvarı təsəlli ilə özünü canıyanan göstərməyə çalışır.

Onunüçün darıxırdım. Facebook səhifəsinə, səhifədəki fotolarına dəfələrlə baxdım. "Çoxgözəl qadındır” deyə düşündüm. Gecə yarısını keçəndən sonra ondan PM gəldi.Skype-a dəvət edirdi. Narahatçılıqla, bir az da həyəcanla skype-ı açdım.Salamlaşdıq və o ərindən, onu necə sevməyindən danışmağa başladı…

Növbətigünlər bu söhbətlər qətiyyən xoşuma gəlməsə də, onunla söhbət eləməyə canatırdım. Əri haqqında söhbətləri bitəndən sonra, bir-birimizə şeirləroxuyurduq. Yazıq şairlər…Atilla İlhan, Nazim, Küçük İskender, Qismət, Aqşin,Salam….

Oçox gözəl şeir oxuyurdu və bilgisayarımın kiçik monitorunda onun görüntüsü,qulaqcıqlardan ta ürəyimə qədər işləyən həyəcanlı səsi mənə təkliyimiunutdururdu. Onunla sağollaşan kimi birbaşa yatağa uzanıb, onu düşünə-düşünəyuxuya gedirdim.

Hərgün eyni narahatçılıqla onunla online görüşümüzü gözləyirdim. Şansızlıqdan mənonun əri ilə bağlı söhbətlərini dinləməyə məcbur idim…

Ağrılarımazalan günlərin birində görüşməyə qərar verdik. Sakit kafelərin birində görüşübçay sifariş verdik. O çox rahat və sərbəst idi. Boynu xəzli gödəkçəsiniçıxarmadan qarşımda oturub gülümsəyirdi. O an içimdə hansı təlatümün başverdiyini isə sözsüz ki, anlamırdı. Bu masada tez-tez əri ilə birlikdəoturduqlarını danışırdı…

Ogün içimdəki ümidsizliyi boğmaq üçün avtobus dayanacağına qədər bərabər getməyitəklif elədim. Könülsüz razılaşdı. Amma üzündən və davranışından hiss edirdimki, təklifim ürəyincə deyil. Görünür mənimlə birlikdə görünmək istəmirdi.Bəhanə tapıb sağollaşdım. Bundan artığını bacarmazdım. Axı dediyinə görə onunçox sevdiyi əri və öz dediyi kimi xoşbəxt bir ailəsi var…

Ammaniyə əri ola-ola gecənin yarısına qədər mənə vaxt ayırmalı idi? Niyə dostumolmağa, yanımda olmağa çalışmalı idi? Yox, mən bacarmırdım. Qaçmalı idim, özüdə çox sürətlə və dayanmadan. Qalmağım, bu münasibətləri davam etdirməyimimkanım xaricində idi. Ona aşiq olduğumu demişdim. Hər şeyi bilirdi…

Həttamənə elə gəlir ki, məni tez bir zamanda ovsunlayacağına əminlik vardı onda…

Facebook-u,skype-ı bağılayıb aradan çıxdım. Yox, içimdə yeni bir fırtınanın, ümidsizliyinvə acizliyin yaranmasına izin verə bilməzdim.

Deyirəmaxı, ağlım hisslərimə qalib gəlməyə başlayıb son zamanlar.

Onuda düşünürdüm…

Hissedirdim ki, yenə də əvvəllər olduğu kimi saf və qarşısıalınmaz hisslərinqucağında çırpınıram.

İstiyuvasının dağılmağına səbəb ola bilməzdim. Mən getməli idim və getdim də…

Virtualaləmlə bütün əlaqələrimi kəsib özümə çəkildim…

İndiara-sıra ağrılar məni əldən salmağa cəhd edir. Mən isə qədərimə boyun əyib,siqaretimi tüstülədirəm. Hərdən özümə lənət oxumaq isə köhnə peşəmdir.

Nəhayətki anlamışam, evli qadınlara aşiq olmaq əzabdan başqa bir şey deyil…


TƏQVİM / ARXİV