warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Yol ROMANI (VI hissə) Adalet.az | Yol ROMANI (VI hissə) Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Yol ROMANI (VI hissə)

VI hissə

31719    |   2011-11-26 11:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Əvvəli ötən şənbə nömrələrində)
   
   
   
   HAŞİYƏ
   
   
   
   Bir neçə il əvvəl çox qəzəbli, əsəbi bir məktub aldım. Məktub çox yazırlar mənə - nəsə məzmun, məna kəsb eləyənləri də olur, haqlı-haqsız tənqidlər də olur. Razılaşdığım və razılaşmadığım. Mən hər zaman sözümün arxasındayam, əsaslandıra da bilərəm. Məktubların böyük əksəriyyətini oxuyan kimi unuduram, silirəm həm səhifəmdən, həm də yaddaşımdan (yaddaşımı da təmizləmək belə asan olsaydı nə yaxşı olardı. Bir düymə, "sil" əmri və rahat, aram ruh). Amma həm səhifəmdə, həm də yadımda qalanları da var. Hətta çox bəyəndiyim məktubları bir qovluqda arxivləşdirdim də bir vaxtlar, təsadüfən silinməsin deyə. Giriş çox uzandı deyəsən - nəsə həmin qəzəbli məktub yadımda qaldı. İndiyə qədər də sözbəsöz xatırlayıram. Dəfələrlə oxudum çünki.
   
   Oxudum və təşəkkür məktubu yazdım cavabında. Məsələ burasındadı ki, məktubun müəllifi Avropadakı diplomatik missiyalardan birində nə isə bir işlə məşğul olurdu. Diplomatik missiyalarda isə (xüsusən Avropada) adətən önəmli isimlərin cocuqları çalışır və onlar da hər nə dil bilsələr də bizim dilimizi bilmirlər. Yəni fikir verdiniz yəqin "öz dillərini" demədim, "bizim dilimizi" dedim. Bu adamların öz dilləri var təbii, amma bizim dilimizdə danışa bilmirlər, daha doğrusu, lazım bilmirlər. Amma bu qəzəbli məktub o qədər gözəl, rəvan, səlis dildə yazılmışdı ki, cəlb elədi məni, həm də yaxşı mənada təəccübləndirdi. Bizim dili belə biləsən və Avropada çalışasan? Və bir neçə gün sonra təsadüfən (bəlkə də yox) Avropada baş vermiş bir hadisəylə bağlı hansısa TV kanalında onun şərhinə də qulaq asdım. Təmiz dil, dəqiq ifadə tərzi... Belə anladım ki, yəqin hər missiyada belə tək-tük insanlar var, onlar bütün yükü çiyinlərində çəkirlər, işi görən də lazımdı, ya yox? Və böyük ehtimalla bu adam onu əhatə edən "qaquliklərin" əlindən o qədər bezib ki, yazılarımın tonu ona acıqlı görünüb, o da hirsini mənim üstümə tökmüşdü. Alınmadım, əksinə, ona cavabımda soruşdum ki, belə hissləri, duyğuları, millət heysiyyəti olan insan necə olub ki, bu sistemin içinə düşə bilib? Sakitləşdirdi deyəsən məktubum onu, sonra yazmadı... Həmin o sistem ki, var - guya qapalı sistem sayılır, amma qapalı olmağı özlərinin boş-bekar veyillənməklərini ört-basdır eləməkdən ötrüdü. Tam səmimi deyim - həmin o sistemin başında duran nazir ki var, onu hökumətimizin bütün nazirlərindən çox sevirəm. Bayılıram ona. Belə hesab edirəm ki, dövlətimiz yaranıb-formalaşandan gəlib-getmiş baş diplomatların içində ən parlaq simadı. Zövq alıram onu dinləyəndə, çünki heç nə başa düşmürəm. Anlamayanda rahat olur da insan, dincəlir. Odur ki, hardasa onun çıxışını görəndə mütləq izləyirəm, bilirəm ki, əylənəcəm...
   
   Və mən bildiyimə görə, "qaquliklər" və bizimkilər arasında gözlə görünməyən sərhədlər də var. Və həm də onu da bilirəm, bizimkilər bu sahədə ögeydilər (çox yerdə olduğu kimi).
   
   İndi fikirləşirəm ki, bir neçə səfir var ki, onları şəxsən tanıyıram (hətta səfir olmamışdan öncə, bəzilərini isə lap gənclik illərindən) bax, onlar həqiqətən cəmiyyətdə nüfuz sahibidilər. Dövləti təmsil edən simaların dövləti və milləti sevməsi şərtdi. Başqa cür mümkün deyil - yoxsa çoxları kimi illərlə Avropalarda vaxt keçirirlər, bizneslərini qururlar, sonra da heç bura qayıtmırlar...
   
   Qayıtmaq... Qız, çıx haşiyədən, qayıt geriyə - gözləyirlər səni Baş konsulun otağında...
   
   
   
   BAŞ KONSUL
   
   
   
   ... Otaqda cavanca bir oğlan oturub. Qalxıb qarşılayır bizi, boy-buxunlu, qaraşın, yaraşıqlı oğlandı. İlk təəssüratım çaşdırır bir az məni, gizlətməyəcəm. Belə ağır, çətin, strateji bölgədə necə baş çıxardır - deyə düşünürəm. Deyəsən gözlənilməz qonaqların təşrifi onu da sıxır. Amma o yerdə ki, sayın millət vəkili var - orda ünsiyyət problem ola bilməz, dil-dil ötəcək. Yavaş-yavaş söhbət alınır. Sayın Baş konsul da açılışır. Bizimkilərdəndi - mətbuatımızı izləyir, ədəbiyyatımızdan xəbəri var. Əvvəl Təbrizdə işləyib - ora da ağır bölgə. Universitetdə yaranmış problemi anladırlar ona, mütləq dəstəyi lazımdı, hərə bir az danışır. O da diqqətlə dinləyir, səhər məzuniyyətə gedəcəyini deyir, amma təcili bununla ilgilənəcəyini söyləyir. Hər şeydən danışırıq və bu əsnada hiss edirəm ki, gözlərimin böyüməyinə səbəb olan gəncliyi yavaş-yavaş yaş senzini dəyişir. Nəsillər arasında ziddiyyət hər zaman olub, olacaq da. Mən bu azardan heç əziyyət çəkməmişəm, heç vaxt. Amma önyarqıdan qurtula bilməmişəm də... Çünki təcrübə məsələsi də var axı... Amma Ayxan Süleymanov fikrimi dəyişir - Qarsdakı Baş konsulumuzun adı-soyadı belədi. (Sonradan noyabr ayında İstanbulda da görüşdük. Qeyri-rəsmi şəraitdə. Burda da İstanbuldakı Baş konsulumuz Həsən Zeynalovun qonağı idik. Şən, deyən-gülən oğlandı. Susub, dinlədiyim anlarda hər ikisini müşahidə edirəm. Nəsillər arasında bağlar qırılmasın gərək, millətin yaxşı oğlanlara ehtiyacı var).
   
   Söz-sözü çəkir, söhbət davam edir, nahar vaxtı gəlib, ötüb belə. Həə, Qarsda problemlərdən biri də budu bax. Qonaqların hansı məkanda ağırlanması. Lüks yoxdu çünki. Hər halda cənab konsul bizi yeməyə dəvət edir, həm də üzrxahlıq edir. Bizə uyğun bilməsələr də, olanı budu (sonradan Qars haqqında veb-səhifələrdə bir az araşdırdım. Orda yazılanlardan belə çıxırdı ki, gündüzlər hüznlü görünən bu şəhərin əslində çox səs-küylü gecə həyatı var. Təsəvvür edirəm, İstanbulda, Laləlidə istismar müddəti bitəndən sonra buralara göndərilən qadınlarımız necə şənlik yaradırlar).
   
   ... Kiçik şəhərdi Qars. Olduğum azacıq müddətdə indi keçib getdiyimiz bu sokakları bir neçə dəfə görmüşəm.
   
   ""Güzəl Karsımızı nasıl buldunuz" - deyə sordu daha sonra sunuçu. Bu bir kararsızlıqdan sonra "çok güzəl, çok fakir, çok kederli"- dedi KA. Arkalardan iki imam hatib ögrençisi buna güldülər. "Fakir senin ruhun"-diye bağırdı bir başkası. "Buraya neden geldiyini" - söylesin diye bağırdı biri. "Gəldim, çünki çok mutsuzdum"- dedi KA. "Burada daha mutluyum"".
   
   Bir də qəribə bir hissiyyat olur içimdə, bütün gəzdiyim yad şəhərlərdə üzüaşağı gedib də, dənizlə qarşılaşacağımı güman edirəm. Bax, indi də bilirəm Qarsda dəniz yoxdu, amma yenə ani olaraq küçənin sonunda günəşin şüalarıyla bərq vuran dalğalar gəlir gözümün önünə...
   
   Yox, indi gözümün önündəki ikiqatlı binadı. Burda nahar edəcəyik. Birinci qatdakı dükanların içindən keçib, ikinci mərtəbəyə qalxırıq. Bu mərtəbəyə baxanda heç fikirləşməzsən ki, yuxarıda lokanta var. Baxınıram ətrafa, deyəsən axşamlar burda musiqi-filan da olur, hər bir halda səliqəli məkandı. Görürəm, sayın millət vəkili narahatdı, üzümə baxır, gözlərimlə "hər şey yaxşıdı" deyirəm. Zatən atmosfer xoşdu, ümumi ovqat xoşdu. Söhbətlər süfrə arxasında da davam edir, hələ üstəlik sıxıntıları, sərhədləri ortadan qaldıracaq amillər də var axı. Söz nədən düşür, bilmirəm, amma kitabdan, elmdən danışırıq. Ayxan bəy özünün təhsil illərini, biz özümüzünkünü xatırlayırıq. Və arada Vurğun Əyyubun Baş konsuldan hansı ildə oxuduğunu sorması nəzərimdən qaçmır. Kimsə də fərqində olmur amma. Sualın niyə verildiyini anlayıram əlbət. Balığı çoxdan atmısan dəryaya, sayın əski bakan! Xaliq də bildiyini bilir...
   
   Vidalaşırıq, sayın Baş konsul nə problemimiz olsa ona müraciət etməyimizi rica edir, biz də təşəkkür edirik təbii. Nə problem ola bilər ki? (Nahaq belə fikirləşdim amma, yarınki günün axşamı çox ciddi bir sorun yaşayacağıq). Qayıdırıq universitetə, Hacalı Nəcəfoğlu rektor yerində olsa onunla da görüşdürmək istəyir bizi. Yolu gedə-gedə yamyaşıl küçələr birdən-birə gözümdə bəyaza dönüşür və mən buranı qarın içində təsəvvür etməyə çalışıram... Çalışıram... Amma Nobel ödülçüsünün təsviri mənim xəyallarıma mane olur.
   
   "Dalları kar tutmuş iğde ve çınar ağaclarının altından hızlı-hızlı ilerlerken pencerelerinden dışarıya soba boruları çıkan eski ve yıpranmış rus binalarına odun depolarıyla elektrik trafosu arasında yükselen binyıllıq boş ermeni kilsesinin içine yağan kara, buz tutmuş Kars çayının üzerindeki beş yüz yıllık taş köprüden her geçene havlayan kabadayı köpeklere, kar altında iyice boş və terk edilmiş gözüken Kaleiçi Mahallesinin küçük gecekondularından tüten incecik dumanlara bakıb öylesinə kederlendi ki, gözlerində yaşlar birikdi. Sanki burası her kesin unutduğu bir yerdi. Və kar sessizce dünyanın sonuna yağıyordu..."
   
   Pəncərədən vuran günəşli hava yadıma saldığım mənzərəni tam olmağa qoymur. Amma Qarsın gecələri sərin olur, bəlkə həmin vaxt cəhd etsəm...
   
   Fənn-ədəbiyyat fakültəsinin həyətində enirik arabadan, yenə qalxırıq yuxarı, rektor yoxdu deyəsən yerində və amma dekan bizi otağına dəvət edir və gün ərzində müxtəlif odalarda getmiş söhbətlər burda da davam edir.
   
   
   
   ***
   
   Təəssüratların çoxluğundanmı, eyni mövzuların gün ərzində dəfələrlə təkrar olunması nədənindənmi ya nə, yorğunam elə bil. Qonaq evinə dönəndə azacıq dincəlib, axşam yenidən görüşmək üzərə ayrılırıq...
   
   
   
   ***
   
   ... Görünür hər şeyi izah etmək mümkün deyil. İnsanları bir-birinə cəzb edən, ya da uzaqlaşdıran, itələyən səbəbləri dərk etmək mümkün deyil. Bəzən illər boyu hər gün, hər gün görüşdüyümüz birisi ilə ayrılanda həyatımızda heç kayıb olmadığını anlayırıq. Bəzən də əksinə, lap qısa sürəli ani bir görüş hafizəndə kök salır... Sirrləri dərindədi görünür, ya da heç içimizdə deyil... Yuxarılardadı yəqin...
   
   Kimya dərsi yadıma düşür, hər elementin valenti, bu valentlərin daha hansı elementlərin valentləri ilə reaksiyaya girə bilməsi, atom yükləri... Biz də kimyayıq da, qeyri-üzvi maddələrdən təşkil olunmuşuq. Kimin atom yükü nə qədərdi, elektronlarının sayı çoxdumu, başqasından nə qədərini alıb, qaytara bilir? Mürəkkəb düsturlu reaksiyalara səbəb nədir? Mendeleyev bunu izah etməyib - sadəcə dövrü sistemi qurub gedib, bulunmayan elementlərin yerini boş qoyub, özündən sonra kəşf olunanları da var, cədvəldə öz yerini gözləyənləri də... Nə vaxtsa...öz valentlərinə uyğun elementlərlə görüşəcəklər... Deyəsən, hər şeyi maddiləşdirdim, daha doğrusu, maddələşdirdim. Belə asanmı hər şeyi anlamaq?
   
   ... İndi bu gözəl, sərin axşamda kişilər Mendeleyevin daha bir kəşfindən yararlanıb da, yorğunluqlarını çıxarmağa çalışırlar. Türkiyədə bu içkiyə Vodka deyirlər, elə Mendeleyev də Vodka deyib. Biz niyə adını dəyişmişik? Bəlkə bizdə belə adda başqa içki olub? Olub-olmayıb, bilmirəm, bildiyim odur ki, sevmirəm bu içkini. Elektronlarımız, ya da valentlərimiz uyğun gəlmir. Şərab, viski daha məqbuldu. Bir də ki, insanın kefini qaldıran hər hansı kimyəvi maddənin qüdrətinə inanmıram son vaxtlar. Daxili kimya önəmlidi.
   
   Öz düşüncələrimlə əlləşirəm, arada masa arxası söhbətlərə də qulaq asıram, kimin daha çox şeir bilməsi mübahisəsi də var üstəlik. Görəsən bizə şeir gəldiyi anlarda daxilimizdə hansı maddələr daha üsünlükdə olur? Üzvi, ya qeyri-üzvi? Amma mən bilən, şeir daha çox fizikadı - Cazibə qanunu. Nizami bunu Nyutondan neçə əsr əvvəl deyib:
   
   
   
   Kainatda hər şey cəzbə bağlıdır,
   
   Filosoflar bunu eşq adlandırır.
   
   
   
   Kainat və eşq... Bu nəyinsə açarı ola bilər, Qumral gözlüm...
   
   Qonaq evinə qayıdanda Vurğun Əyyub baş ağrısından şikayətçidi, Aqil Abbas çox rahatdı, İradə Tuncay da daxili monoloqunu söyləyir hər zamankı kimi... Və hər axşamkı kimi hərə öz odasına qapanır...
   
   
   
   Kainat və eşq
   
   üzərinə gəzişmələr...
   
   yaxud da fikir məktubları...
   
   
   
   ... Görürəm ki, çatışmır nəsə romanımda. Qırmızı xətt yoxdu. Hər romanın qırmızı xəttini cizən isə sevgidi, məhəbbətdi, eşqdi. Sevgi olmayan romanlar oxunmur. Müəllif kimi bunu nəzərə almalıyam mütləq... Bir də ki, "Roman" sözünün özündə də həmin çalarlar var axı... Amma mənim romanım da klassik roman anlayışına da uyğun gələcək konumda deyil. Qəhrəmanlar həddən artıq real, həddən artıq tanınmış insanlardı. Açıq-açığına belə mövzuya konu olmaqdan imtina edəcəklər. Yaşlarını da bəhanə edə bilərlər - amma bu bəhanə deyil. Bütün böyük aşqlar 40-dan sonra yaşanır. Bu statistikadı. Həm də fiziki-kimyəvi hadisədi. Orqanizm və ruh içindəki həyat eşqini kayb etməmək üçün böyük Eşq arayışına çıxır. Hər şeyin ucuz qiymətə alınıb-satıldığı bir ortamda fizioloji bədənsəl çapqın ad çıxarmaq bir başqa, ruhsal eşq yaşamaq bir başqa...
   
   Orhan Pamuk "Kar" romanında ictimai-siyasi hadisələrin fonunda Eşqi qabardır. Və roman qazanır yalnız və yalnız. Aman da, nə təsvirlər var burda...
   
   ""Canım, Senin neyin var?" KA daha sonrakı yıllarda bu soruyu soruşundakı yumşaklığı ve tatlılığı binlerce dafa hatırlayacaqdı. Akılındakı bütün endişeleri, terkedilme korkusunu gözünün önünden keçirdiyi en korkunc sahneleri İpeye tek-tek anlatdı. "Aşk acısından peşinen bu kadar korkduğuna göre bir kadın sana çok acı çekdirmiş olmalı". "Bir az acı çekdim, amma senin bana çektire bileceyin acı şimdiden korkutuyor... Sana çok fena aşık oldum və acı çekiyorum- dedi KA." "Bu kadar çabuk alevlenen aşk aynı hızla söner, korkma- dedi İpek". İpek yarıkaranlıq koridorun ucundakı nerdivenlerden enib kayb olana kadar KA onun arkasından bakdı. Kapıyı kapayıb yatağının kenarına oturur-oturmaz cebinden defteri çıkardı və temiz sayfaya hemen "Çaresizlikler, Zorluklar" adını verdiyi bir şiiri yazmağa başladı".
   
   Onun dediklərini təkrar edəsi deyiləm. Mənim romanımın kəndi özəllikləri var. Düşün, qız, düşün... Təxəyyülünü zora sal bir az...
   
   Yəqin yenə xilas budu... Qulaqcıq və musiqi. Texnikanın yaddaşı və mənim yaddaşım... Noutbukumun bəmbəyaz çöhrəsinə baxıb da fikirlərimi bir yerə yığmağa çalışıram. Nə qədər fikir olar, hansı baytlarla ölçək? İnsan beynindəki faylları, qovluqları hansı bilgisayarın yaddaşına yükləmək olar? Dözməz vallah, alışıb yanar... Elə bu baytları, yaddaşları, süni beyinləri də bizim beynimiz yaradıb da. Eyni vaxtda bir neçə tapşırıq verəndə yapa bilmir, çaşıb qalır süni beyin. Amma mənim qulağım müsiqidə, gözüm göydə alışıb-yanan ulduzlarda, barmaqlarım klaviaturaların üzərində... Poçtuma baxıram və birdən ağlıma qəribə bir fikir gəlir. Əgər mən burda, Qarsda bu elektron vasitələrin yardımından istifadə edə bilirəmsə... Cəmi 20 il əvvəl kimsənin yuxuda görə bilməyəcəyi bir vaqeə... Bəlkə 100 il, yox, lap 50 il sonra insanlar o ulduzlardakı tay-tuşlarına da məktub göndərə biləcəklər... Kim bilir... Bəlkə fikirlərimizi fayllaşdırıb, heç bir hərfdən, nöqtə-vergüldən istifadə etmədən göndərə biləcəyik... Fikrimizdə tuturuq - bax belə: Filan günəş sisteminin, filan qalaktikanın, filan planetin filan ölkəsi, filan şəhərində... Fikir işıqdan sürətlidi - min işıq ili ötədə bir kimsə var... Sənin qəlbinlə göndərdiyin siqnalları o da qəlbiylə qəbul edəcək. Dəqiq ünvan - kimsə aldanmayacaq. Neçə ulduz dumanlığından keçib gedəcək, amma öz ünvanına varacaq... Fantaziyalarım xoşuma gəlir - sonra, bəs sonra? Sonra - deyirəm özümə - Belə olacaq. Fikir məktubu gedəcək...
   
   Belə olsunmu? - məsələn, yüz il sonra bir qızcığaz istəklərinin aynasına baxır və orda kədərli, iztirablı gözləriylə diqqətini çəkən birini görür. Fikirləri ötürən düyməyə basmayıb hələ... Düşünür... Min işiıq ili ötədə... Min işıq ili, nə olsun? Barmaqları titrəyə-titrəyə düyməyə toxunur və həmin an istək aynasında həmin gözləri görür - danışan gözləri:
   
   - Sən gəldinmi?
   
   - Mən... gəldim. Məni tanıyırsan?..
   
   - Gözləyirdim səni...
   
   - Gözləyirdin ki, düyməyə mən toxunum?
   
   - Çox çəkincənəm, ... gülüm...
   
   - Gülüm... Nə tez?
   
   - İstəmirsən deməyim...
   
   - Yox, de, istəyirəm...
   
   - Gəldin, odam işıqlandı, isindi...
   
   - Oralar soyuqdu? Sizin dünya Günəşdən uzaqdı?
   
   - İnsan azdı burda...
   
   - Burda da azdı, neçə milyard canlı var, insan azdı. Doğub törəyirlər, artırlar, amma sevə bilmirlər. Məni hardan tanıyırsan? Səfeh sual oldu... İstək aynasında görmüşdün?
   
   - Neçə dəfə istəmişəm düyməyə toxunam...
   
   - Niyə gəlmirdin? Mən də səni gözləyirdim...
   
   - Sən ... məni? Hardan...
   
   - Mən kim olduğunu bilmədiyim Səni gözləyirdim... Bu qədər vaxt... Vaxt... Bizim vaxtımız fərqlidi... Min işıq ili... Sənin yanına gəlməyə ömrüm çatmaz...
   
   - Vaxt nisbidi... Fərqinə vardınmı neçə illər keçdi, biz tanışalı?
   
   - İllər?... Anlar keçdi...
   
   - Bir aynadan özünə bax - saçların bəmbəyaz.
   
   - Saçlarım? Mən çox gəncəm...
   
   - Nə fərqi?
   
   - Səninçin fərqi yoxmu?
   
   - Niyə anlamırsan...
   
   - Anlayıram, hər şeyi anlayıram... Min işıq ili ötədə... Və mən burda, istək aynasının qarşısında yaşlandım... Burda...
   
   - Neyləyək başqa bir şəhərimiz yox...
   
   - 100 il əvvəl gəlib bu şeir bizə. Sizin dünyada şeir oxuyurlarmı? Biz unutduq, amma... Şeirdən danışaqmı?
   
   - Ağrı, acı, həsrət, sevda... Nə desəm olmayacaq... Bütün şeirlərdə nə var ki... Bezdim... Yoruldum... Neynirdin məni...
   
   
   
   - Zəhləm gedən böyük sözlərin
   
   Orbitindən çıxa bilmədim nəsə
   
   Həsrət - elə həsrətdi biləcəyin.
   
   Düzünü deyimmi sənə
   
   İçimdəki həsrət dirəndi
   
   Cocuq anasından bacı-qardaş
   
   İstəyər ha, bax elə
   
   Həsrət ver mənə, dedi.
   
   Təkəm, tənhayam - dedi.
   
   Qırmadım, düyünlədim
   
   Könlümdəki neçə arzu... ilməni
   
   Yoxsa neynirdim səni?
   
   Düzünü deyimmi sənə
   
   Bir nəğməm vardı -
   
   Əks-sədasın istəyirdim
   
   Heç bitməsin - istəyirdim
   
   Titrək, kövrək səsimə
   
   Qatacaqdın səsini
   
   Yoxsa neynirdim səni?
   
   Köz olub öləziyən,
   
   Qor olub alışmaq istəyən
   
   Sevincim vardı -körükləyəcək,
   
   Külünü dağıdıb, lap gözlərimi
   
   Acışdıracaq rüzgarını istəyirdim,
   
   Nəfəsini... Yoxsa neynirdim səni?
   
   
   
    Bu şeir də yüz il əvvəl gəlib bizə...
   
   - Kimindi bu...
   
   - Unutdum...
   
   - Dəli qız, bu dəliliklərin olmasa, səndən bir şey qalmaz.
   
   - Bəs səndən? Sən dəli deyilsən? Bu ikili dəlilikdi.
   
   - Mən tez aşiq oluram, gec unuduram. Özümü tanıyıram, mən də belə dəliyəm...
   
   - Bu nədi? Ani çarpma, fırtına, sevgi, eşq?
   
   - Özünü yorma... Sən sevilməkçin yaranmısan, aşiq ola bilməzsən...
   
   - Bir romanda oxumuşdum... Qadın ilk anda olmasa belə, ilk on dəqiqədə bir erkəyin kim olduğunu, ən azından kəndisi için nə anlama gələbiləcəyini, onu sevib-sevməyəcəyini dərindən sezər. Bu sezdiyini tam anlayıb bilməsi üçün bir az vaxt gərəkir. Bu vaxt keçərkən erkəyin yapacağı fazla bir şey yok.
   
   - Hə, doğru. Romanda yazılmasa da bilirik bunları... Nə romandı o?
   
   - Adı "Kar" idi. Müəllifin unutdum. Yüz il əvvəlki romandı... Mən... gedim?..
   
   - Getməsən olmazmı?
   
   - Gələcəm yenə. Burda səhər açılır...
   
   - Yenə vaxtı unutdun, neçə-neçə səhərlər açıldı biz burda olalı...
   
   
   
   ***
   
   ... Yüz il, min il sonra yaşayacaq qəhrəmanlarımın arasında yaşananlar məni həyəcanlandırır. Burda dayan, Qumral gözlüm... Yetər, bu da sənin üçün romanın qırmızı xətti.
   
   Kəndini qapdırma şu yıldızlara,
   
   burcuna yüksələninə heç bakmıyorlar.
   
   Sırlarını vermişsin həp aynalara,
   
   güzəlmişsin - çirkinmişsin tac takmıyorlar...
   
   ... Ulduzlar artıq görünməz olur. Dan yerini kipriyimlə qapatdım... Yaxşı ki, şeir var, yaxşı ki, şairlər var...
   
   
   
   Ey ulduzum, biz axı
   
   Arzular çevrəsincə
   
   İzbəiz gediriksə
   
   Üzbəüz gəllik necə?..
   
   (Ardı var)


YAZARIN ARXİVİ

2019-04-07 : Olsunmu?!
2018-11-27 : SEVGİ ADASI
2018-09-22 : LEYSAN ÖZLƏMİ
2018-06-23 : İNSAN
2018-05-27 : 100 cavan oğlan
2018-05-10 : SEÇİLMİŞ
2018-02-13 : Qızım...
2018-02-09 : GEDİŞ
2018-01-19 : MÜƏLLİM
2017-11-25 : Sincab günü
2017-09-24 : Miqr - A - siya
2016-12-16 : CANAVAR VAXTI
2016-07-04 : Polis günü...
2014-12-11 : SEÇİLMİŞ
2014-11-07 : BU DA MƏN...
2014-08-21 : BEŞ
2014-04-02 : Elegiya
2014-03-14 : Quo vadis?..
2013-09-18 : LEYSAN ÖZLƏMİ
2012-11-02 : ƏQRƏB BÜRCÜ
2012-10-11 : KÖRPÜ
2012-08-18 : NEKROFİLİYA...
2012-06-23 : İNSAN
2012-02-22 : SOYQIRIM
2011-12-15 : CANAVAR VAXTI
2011-10-29 : Yol ROMANI
2011-10-22 : Yol ROMANI
2011-10-08 : Yol ROMANI
2011-10-05 : MÜƏLLİM GÜNÜ
2011-05-21 : TELESKOP
2011-04-30 : MAY NƏĞMƏSİ
2011-04-23 : SEVGİ ADASI
2011-04-16 : SEVGİ ADASI
2011-04-09 : SEVGİ ADASI
2011-03-12 : MÜƏLLİM
2010-12-18 : MÜSAHİBƏ
2010-10-02 : WOMAN IN LOVE
2010-09-22 : LEYSAN ÖZLƏMİ
2010-05-08 : SEÇİLMİŞ
2010-05-01 : MAY NƏĞMƏSİ
2009-11-14 : SARI ODALAR
2009-08-22 : BEŞ
2009-05-19 : ATA OLMAQ HAQQI
2009-03-20 : ƏNƏNƏLƏR
2009-02-28 : FALA BAXIRAM
2009-02-07 : ANANIN KİTABI
2009-01-31 : BLOKADA
2009-01-24 : YADA DÜŞDÜ
2009-01-17 : İKİ SEVGİ
2008-12-31 : BİS SEXTUS...
2008-07-12 : SEZON FİNALI
2008-06-28 :
2008-06-24 : İNSAN
2008-06-21 :
2008-06-07 : NATURALİST YAZI
2008-05-31 : 555
2008-05-24 : YÜZ CAVAN OĞLAN
2008-05-17 : SORĞU
2008-05-03 : MAY NƏĞMƏSİ
2008-04-26 : ƏLAC NƏDİR?
2008-04-05 : DEPRESSİYA
2008-03-20 : ƏNƏNƏLƏR
2008-03-15 : QUO VADIS?..
2008-03-12 : ETİRAF
2008-02-16 : PAY
2008-02-12 : MƏN VƏ SƏN
2008-01-08 : İKİ ÜZLÜ AY
2007-12-12 : SEÇİLMİŞ
2007-11-24 : RƏĞBƏT
2007-11-17 : AY ÖLKƏSİ
2007-11-15 : ƏZİZ İNSAN
2007-10-06 : YOLDAŞ ÇE
2007-09-29 : DAMA ÇIXAQMI?
2007-09-15 : LEYSAN ÖZLƏMİ
2007-09-11 : BİR GÜN...
2007-07-09 : SƏS
2007-06-30 : HAVA AXINLARI
2007-06-23 : İNSAN
2007-06-09 : İMTAHAN
2007-05-26 : J F K
2007-05-19 : ATA OLMAQ HAQQI
2007-05-09 : SEÇİLMİŞ
2007-05-05 : BƏHANƏ
2007-04-28 : NAĞIL
2007-03-10 : İT DƏFTƏRİ
2007-03-08 : QADIN BAYRAMI
2007-02-24 : SOYQIRIM
2007-02-17 : KÖRPÜ
2007-02-16 : TƏZADLAR
2007-02-16 : İMTAHAN
2007-02-16 : SAKİT MÖVSÜM
2007-02-16 : MÜƏLLİM GÜNÜ
2007-02-16 : DAŞ
2007-02-12 : QƏLƏBƏ GÜNÜ
2007-02-10 : MÖVZU
2007-01-27 : İKİ ÜZLÜ AY
2007-01-20 : SAKİT MÖVSÜM
2007-01-13 : Ehtiyac
2006-12-30 : HƏMRƏYLİK
2006-12-16 : CANAVAR VAXTI
2006-12-13 : QOVŞAQ
2006-12-09 : QOVŞAQ
2006-11-25 : ZƏİF BƏND
2006-11-11 : ƏQRƏB BÜRCÜ
2006-11-04 : PASSİO
2006-10-28 : ŞƏKİLÇİ
2006-09-25 : DAŞ
SON XƏBƏRLƏR
2019-05-21
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK