Yaxın sahillərdə...

İRADƏ TUNCAY
51728 | 2011-09-24 10:32

(əvvəli ötən şənbə sayımızda)
   
   Beşinci gün
   
   1991-cı ilin payızı. Oktyabr ayı idi gərək ki,Türkiyədən qayıdan bacımı qarşılamaq üçün Batumiyə, ordan da Sarp sərhəd qapısına gəlmişəm. Hər bir mənada ölkədə vəziyyət gərgindi. 89-cu ildə Tbilisi hadisələri, 90-cı ildə Bakıda yanvar hadisələri... Hamının bir-birinə şübhə ilə, nifrət ilə baxdığı zamanlardı. Sərhədə az qalmış bizi avtobusdan düşürürlər sərhədçilər, bundan sonrakı yolu yalnız yerli adamlar gedə bilər.
   
   Enirəm avtobusdan, gəncəcik rus əsgərlərinin o tərəf-bu tərəfə getdiyi dar yolun bir kənarındakı skamyada özümə yer eləyirəm. Payızdı, amma ilıq payızdı. Hələ də yol boyu gördüyüm mənzərələrin təəssüratından ayılmamışam. Yamyaşıl ağaclar və budaqların üstündən sallanan narıncı mandarinlər. (o vaxt narıncı rəng düşmən elan olunmamışdı) Bir tərəfdə də QARA Dəniz... ...Təsvir edə bilməyəcəyim peyzaj... Hə, unutdum deyəm avtobusda bir qadın türkcə məndən hardan gəldiyimi soruşur, məni də onun türkcəsi maraqlandırır. Acarmısın?-deyirəm. Yox - deyir - Allah lənət eləsin onlara. Bu söhbət məni qorxudur bir az. Ondan sonrakı suallara ağzımı sürüyərək cavab verirəm. Tək canıma siyasi, milli davalara cavab verəcək halım yoxdu. ...Bacım gecikir və mən də maraqla izləyirəm sərhəddə baş verən olayları. Bir dəstə gürcü oğlan sarışın, mavi gözlü rus əsgərinin dalınca düşüb, qatı, kobud şivə ilə:
   
   - Ey russkiy, uxodi, eto naşa zemlya. Eto Qruziya -deyirlər.
   
   Əsgər də lap uşaqdı,18 yaşı ola-olmaya. Bir xeyli səbir eləyir, dillənmir, danışmır. Gürcülər də çığırıb-bağırırlar:
   
   - Eto Qruziya, vı okkupantı, uxodite!
   
   Birdən əsgər çönür onlara tərəf:
   
   -Eto ne QRUZİYA, eto ADJARİYA - deyir.
   
   Burda bir mərəkə başlanır, gəl-görəsən... Bu mənzərə neçə illərdi gözümün qabağından getmir və mən onda fikirləşmişdim ki, görəcək günlərimiz hələ qarşıdadı... Hər məmləkətin içində belə Adjariyalar çoooox, bunların iddiaları da çoooox, bu iddiaları dəstəkləyəcək ölkələr də çoooox... Az sonra bacım sərhədi keçir və mən onun ağır bavullarını (sonra məlum olur ki, hamısı hədiyyə olunmuş kitablardı. Biləndə hirsimdən ...) köməkli daşıyıram maşına. Yol alırıq dəmiryol vağzalına, ordan da Tbilisiyə. Burda bizi mehmanxanaya yerləşdirirlər dostlarımız. "İveriya"da yer olmur və təsadüfə bax ki," Adjariya"da qalası oluruq. O vaxt oralara gəlib -gedənlər bilirlər ki, "İveriya" da, "Adjariya" da yaxşı mehmanxana sayılırdı ("otel" sözü tam vüsət almamışdı hələ). Nə isə, yerləşəndən sonra aşağı enib özümə şampun almaq istəyirəm. Satıcı qız məndən pasport istəyir. Ancaq Gürcüstan vətəndaşlarına satırıq mallarımızı - deyir mənə. Qonaq olduğumu deyirəm, mehmanxanada qaldığımı deyirəm. Bircə ədəd alacağımı deyirəm - xeyri yoxdu. Gözlərini süzdürür qızcığaz vəssalam... (belə bir olayı 89-cu ildə Polşaya gedəndə yolüstü keçdiyim Lvovda da yaşamışdım. Aptekdə mənə baş ağrısı dərmanı satmadılar, dedilər yerli deyilsən ...) Axşam gürcü dostuma şikayətlənirəm bu olanlardan, o da böyük xəcalət hissi ilə gedib şampun alıb gətirir və bütün gürcülərin əvəzinə üzrxahlıq edir. Və həm də deyir ki, nəsə hamının başı xarab olub, SONRA nə olacaq kimsə bilmir...
   
   Sonra?! Hə, bu gün bu yolu gedə-gedə mən həmin o hadisələri xatırladım. İyirmi il əvvəli. Yol həmin yoldu - düzdü təzə villalar tikilib yolboyu, abadlaşıb buralar. Sərhədin düz qapısınacan getmək də olar, hələ desən sərhədi keçmək də. Əvvəl böyük bir dövlətin sərhədi idi bu qapı. İndi kiçicik Gürcüstanın . Dünyanın fiziki xəritələri dəyişməz qalır, siyasi xəritələrsə dəyişir. Bayraqların rəngi dəyişir - QARA dənizin rəngi yox... Nə yaxşı ki, dənizlərin, çayların, meşələrin rəngi biz insanların əlində deyil... Hətta mandarinlərin də...
   
    Altıncı gün
   
   ...Bayaqdan noutbukun ekranına baxıb da nə yazacağımı fikirləşirəm. Heç bilmirəm bu qeydləri niyə başladım... Yorur düşüncələr məni. Beynimə dinclik verə bilmirəm. Relax yoxdu heç bir halda. Sabah sonuncu günüdü tətilin. Ruhlar üçün tətil məkanları hara ola bilər, ancaq o biri dünyamı? ... - Puli, puli -nə istəyir bu körpə? Üç yaşı ancaq olar. "Puli" nədir? Çay içdiyimiz kafedə bizə yaxınlaşıb ətəyimizdən dartan balaca dilənçidi. Yaman çox dilənçi var bu şəhərdə, yaman çox... İndi anladım "puli" nədi - yəni xırda pul. Uşaq onu dartıb bizdən ayırmağa çalışan qarsona da nəsə söyüş söyür. Və bizdən istədiyi "pulini" alandan sonra əl işarəsi ilə birlikdə ona "ala" deyir. Gülməlidi - türk sözləri qaraçıların dilində yaşayır. Təzadlı mənzərədi - möhtəşəm teatr binasının fonunda, alışıb -yanan Poseydon heykəlinin ətrafında qaraçılar dilənirlər. Teatrın ətrafında büstlər düzülüb - kim olduqlarını öyrənə bimirəm. Gürcü dilində yazılıb. Heç ingiliscə də yoxdu ki, nəsə anlaya biləsən. Mənə görə bu böyük səhvdi. Bütün abidələrin, heykəllərin üstündəki ünvanlar gürcü dilindədi. Yenə bizim işlətdiyimiz əlifbanı hər kəs oxuya bilər. Bunların əlifbası da hər kəsə açıq deyil axı... Keçən ay Tbilisidə olanda böyük bir heykəlin qarşısından keçən oğlanlardan bu heykəlin kimə aid olduğunu soruşanda baxdılar, lövhəni oxuyandan sonra bir xeyli fikirləşib dedilərki, bu adam müharibə qəhrəmanıdı - Georgi Leonidze. Ta bunlara bir söz demədim. Demədim ki, Georgi Leonidze sizin məşhur şairinizdi. Yəni demək istədiyim budu ki, bu abidələrin üstündə nəsə anlaşılan lövhələr olmalıdı... Amma abidələr var ha buralarda... Hara baxsan olmayan tarixdən gözəl görüntü düzəltməyi bacarıblar ... Bu da bir qabiliyyətdi... ...Sayın millət vəkili hər zamankı kimi yeməkdən narazıdı. Və deyinib - danışır ki, çexoxbilini Bakıda daha yaxşı bişirirlər. Bakıda çoooox şeyi yaxşı bişirirlər. Nə qalıb, iki gündən sonra dönürük zatən... Yeddinci gün...
   
   Vaxt niyə belə tələsir görəsən .... Bu bir həftə necə keçdi, niyə keçdi ? Hardan gəldi, hara getdi ? Ömrümüz kimi...
   
   Səhər yol alacıyıq məmləkətə - indi pafoslu sözlər gəlsin -gəlməsin? VƏTƏN, MİLLƏT, SAKARYA... LAZIM DEYİL... İSTƏMİRƏM... Gəlmişəm Qara dənizlə vidalaşam. O da məni görən kimi coşur sevindiyindən. Dalğalar ayaqlarımı yalayır. Dəniz o gün məni peşman elədiyinə peşman olub. Elə bil yalvarır mənə... Axır ki, məni tanıdın, DƏNİZ?! Hər saat hər dənizə nəsib olmaz ki, məni qucaqlamaq. (Minnət də qoyum boynuna)... İndiyə qədər neçə dənizi xoşbəxt eləmişəm bir sayım - deməli, Xəzər (özümüzküdü), Aralıq, Egey, indi də Qara dəniz... Düzdü, Niderlandda Şimal dənizinin sahillərində də olmuşam, amma onda soyuq idi, suya girmədim. Nə isə o gündən gözüm qorxub - sudan qaçıram, sahildə gəzişirəm... Qara dəniz... YER ƏLİMDƏN, GÖY TELİMDƏN ÖPÜRKƏN, MƏN KOROĞLU, VAXT DƏYİRMAN, ÖMÜR DƏN ... BİR DOYUMLUQ MÖHLƏT UMDUM ÖMÜRDƏN , QARA DƏNİZ, HEÇ ŞƏRQİNDƏN DOYMADIM. Romantik duygular alıb aparacaq yenə məni ... Dəniz, dalğalar, dağlar... Vaxt, ömür, möhlət... BU MƏQAMDA ÇARPANAQ DAŞ KİMİYƏM , QAŞSIZ ÜZÜK , ÜZÜKSÜZ QAŞ KİMİYƏM , AĞLIMA YAD ,YADA YADDAŞ KİMİYƏM , QARA DƏNİZ , HEÇ ŞƏRQİNDƏN DOYMADIM... ...İndi otelə qayıdıb romantikadan aralanmağın və real işlərə keçməyin tam zamanıdı. Məsələn, çantaları yığmağın. Mənim bir adətim var - getdiyim otellərdən ora aid nəsə gətirirəm özümlə. Şampundu, sabundu, kremlərdi -onsuz da hər gün dəyişirlər, heç işlətməyə macal tapmırsan. Əməlli kolleksiya yığılıb vanna otağımda. Amma hər gün səhər tezdən qızları mələdən Alikin otelində heç düz-əməlli sabun da yoxdu. Dükandan aldım işlətmək üçün -gələndə də bağışlayacam onlara. Sizə deyim ki, servis, qulluq məsələlərində bunların Türkiyəyə çatmaqlarına hələ çox var.
   
   Axşam yeməyinin zamanı gəlib -amma bir leysan yağır gəl görəsən ...GÜNƏŞ DOLU QƏLBİMƏ YAĞMURLAR YAĞDI... Ara verən kimi dəniz sahili restoranlardan birinə gedib yemək yeyirik. Sifarişləri verib gözləyənə qədər söhbət əsnasında ağzımdan kobud (düzünü desəm söyüş. Öyrənirəm yavaş-yavaş ) sözlər də çıxır. Elə -belə, kefimdən... Onsuz da kim başa düşəcək ki? Yanaşı masada oturanların nəsə qəribə baxışlarla baxdığını hiss edirəm. Bir azdan qulağım türkcə sözləri tutmağa başlayır. Amma heç utanıb eləmirəm - nə tanıyırlar bizi. Deyəsən mehriban insanlardı -tanışlıq verirlər. Trabzondan gəldiklərini deyirlər, burda özlərinin də lokantalarının olduğunu deyirlər. Vay dədə, bir az da keçsə burda Türkiyə -Azərbaycan dostluğuna, əlaqələrinə aid mühazirə dinləməli olacam. Elə qaş-qabaq tökürəm ki, problem az bir zaman çərçivəsində həll olunur və biz türk qardaşlarımızla sağollaşıb bu məkandan aralanırıq. Çevrilib dənizə baxıram - dalağalanır yenə...
   
   QUCDUĞUM QUM , İTİRDİYİM DAĞ LƏPƏ , ÖZ İÇİMDƏ "OLMAZ" ADLI BİR ÇƏPƏR, ÖZ İÇİMDƏ "YOX" DOĞACAQ BIR TƏPƏ... QARA DƏNİZ, HEÇ ŞƏRQİNDƏN DOYMADIM...
   
   Yolboyu sayın millət vəkili mənə yazdığı şeiri oxuyur (hər halda özü belə deyir), mən də bəh-bəhlə tərifləyirəm. Belə deyək də - şeirin əməlli redaktəyə ehtiyacı var. Şairin onu bitirib-bitirməyəcəyi də məlum deyil...
   
   Sayın millət vəkili yatmağa qərar verir-sabah neçə yüz kilometr yolu maşınla qət etməlidi. Mən qeydlərimi eləməyə başlayıram . Yeddinci günün qeydlərini. Əlim hansısa düyməyə dəyir və bütün yazdıqlarım pozulur. Yenidən yazmağa qərar verirəm. Amma alınmır - yorulmuşam ... (Yeddinci günün qeydlərini Bakıda təzədən bərpa edirəm)
   
   Səhər açılmağa başlayır, dan sökülür... Yenə yağış, yenə çiskin, duman ... Amma, amma, amma... QARA DƏNİZ, HEÇ ŞƏRQİNDƏN DOY-MA-DIM !!!!!!!!!! Yenə serpantin dağ yolları , yenə yaşıl çay vadiləri, yenə mehriban, rahat insan çöhrələri... Sevimli məmləkətsən, SAKARTVELO!
   
   P.S. Hə unutdum deyəm ki, hələ Batumiyə getdiyimiz yolda bir kəndin içindən keçəndə az qala hər qapıda qəribə qırmızı rəngdə bir çörək növü satıldığını gördüm. Maşını saxlayıb nə oldugu ilə maraqlana bilmədik. Ancaq burda satılırdı bu çörək. İrəlidə maşını saxlayıb yemək yeyəndə ofisiant qadından bu qırmızı çörəyin nə olduğunu soruşdum. "Nazuki" - dedi - "şirin çörək". "Nazuki" yəni nazik. Yəqin belədi, çünki Gürcüstan toponimikasında da, sözlərində də türk mənşəli fonemlərə bir "i" artırmaqla çox şeyləri dəyişiblər. Amma sözüm onda deyil. Qayıdan baş yenə həmin kənddən keçəndə həmin "Nazukinin" dadına baxmaq istəyimi bildirirəm. Bu "Nazuki"-nazik necə doyumlu bir şeydirsə, Batumidən Balakən sərhədinəcən bizi doyuzdurur.
   
TƏQVİM / ARXİV