adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 Avqust 2020 23:58
19628
DÜNYA
A- A+

Beyrut partlayışı: Prezident də istefaya gedir?

Livan Prezidenti Mişel Aunun avqustun 4-də Beyrut limanında baş verən partlayışla əlaqədar olaraq vəzifəsini tərk etmək niyyəti yoxdur.

Adalet.az xəbər verir ki, M.Aun bu barədə BFM telekanalına müsahibəsində bəyan edib.

"Əgər vəzifədən ayrılsaydım, yeni seçkilər təşkil etməliydim, bu da indi mümkün deyil”,- o deyib.
M.Aun özünü xalqın bir fərdi hesab edib:

"Livanlının acısını bölüşürəm və baş verənləri yaxından izləyirəm”.