adalet.az header logo
  • Bakı 18°C
15 Avqust 2020 23:26
17949
DÜNYA
A- A+

Türkiyədə koronavirusdan daha 992 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində daha 21 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

Adalet.az-ın məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 5 955 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 1 256 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 248 117 nəfərə çatıb.

Nazir əlavə edib ki, ötən gün koronavirusdan 992 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 229 972 nəfər təşkil edir.