adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
15 Avqust 2020 21:20
18149
DÜNYA
A- A+

İran BƏƏ-nin İsraillə razılığına münasibət bildirdi

"Birləşmiş Ərəb Əmirlikləri(BƏƏ) bütün Yaxın Şərqin "düşməni” olan İsraillə yaxınlaşmaqda səhv edir”.

Bunu İran prezidenti Həsən Ruhani İran televiziyasına müsahibəsində deyib:

"Təəssüf ki, qonşularımızdan biri İslam dünyasının, bölgənin düşməni, fələstinlilərin qatili ilə yaxınlaşdı. O, sionist rejimlə münasibətlər qurmaq qərarına gəlib. Bu, dindar müsəlmanların yaşadığı bir İslam ölkəsidir, ancaq rəhbərləri səhv etdi”.

O, həmçinin müqaviləni "Fələstin məsələsinə xəyanət” adlandıraraq BƏƏ-nin seçilmiş yolu bağlayacağına ümid etdiyini bildirdi.

Qeyd edək ki, İsrail və BƏƏ münasibətlərin tam normallaşdırılması barədə razılığa gəliblər. Onlar ABŞ-la birgə üçtərəfli bəyanat qəbul ediblər.

Fələstin rəhbərliyi üçtərəfli razılaşmaya sərt etiraz edib və onu pisləyib.