adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Avqust 2020 19:17
17860
MƏMLƏKƏT
A- A+

Ətrafa üfunət iyi yayan zibillik təmizləndi

Binəqədi rayonu G.Ramazanov küçəsində məişət tullantılarının qalaqlanması və ətrafa pis qoxunun yayılması ilə bağlı daxil olan şikayətDövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Oxu.Azxəbər verir ki, bunu Xidmətin rəis müavini Bəhruz Məhəmmədovbildirib.

O qeyd edib ki, əraziyə keçirilən baxış zamanı zibil qutularının olmaması səbəbindən tullantıların pərakəndə şəkildə ətrafa atıldığı və qanunvericiliyə uyğun idarə olunmadığı müəyyən edilib.

"Xidmətin əməkdaşlarının nəzarəti altında Binəqədi rayon MKTB-nin əməkdaşları tərəfindən ərazi tullantılardan təmizlənib və əraziyə zibil konteynerləri yerləşdirilib”.