adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 Avqust 2020 16:04
19776
DÜNYA
A- A+

ABŞ Polşada qoşunlarının sayını artırır

ABŞ və Polşa arasında hərbi əməkdaşlıq barədə saziş imzalanıb.

Adalet.az-ın məlumatına görə, sazişə əsasən, ABŞ-ın Polşadakı hərbi qulluqçularının sayı daha min nəfər artırılacaq.

Bundan başqa, ABŞ Quru Qoşunlarının beşinci korpusunun komandanlığı Polşada yerləşəcək.

Sənədi ABŞ-ın Dövlət katibi Mayk Pompeo və Polşanın Milli müdafiə naziri Mariuş Blaşak imzalayıb.

Qeyd edək ki, hazırda Polşada 5 min ABŞ hərbçisi qulluq edir. Bir müddət əvvəl ABŞ Almaniyadakı hərbi kontingentini azaldacağını bildirmişdi.