adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
15 Avqust 2020 13:42
14457
GÜNDƏM
A- A+

Dövlət Vergi Xidməti: İctimai iaşə obyektləri ilə bağlı yumşalmalar toylara şamil edilmir

İctimai iaşə obyektlərinin açıq havada fəaliyyətinə icazə bayram və toy şənliklərinin keçirilməsini nəzərdə tutmur.

Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, toylar kütləvi şənliklər kateqoriyasındadır: "Masa arxasında yalnız qida qəbul edərkən maskaların çıxarılmasına icazə verilir: "Digər hallar isə maskasız bir yerə toplaşmamaq, 1,5-2 metr ara məsafəsi saxlanılması kimi digər ümumi qəbul olunmuş qadağaların tərkibində olduğuna görə toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq".

Bu qaydaların pozulmasına görə, inzibati cərimələr tətbiq olunacaq.