adalet.az header logo
  • Bakı 11°C
14 Avqust 2020 12:17
67476
ŞOU-BİZNES
A- A+

Məleykə Əsədovanı təriflədilər: 54 yaşında şortik geyindiyinə görə...

Yadınızda olar : Bir müddət əvvəl Azərbaycanın xalq artisti Məleykə Əsədovanın sənətə gəldiyi ilk dövrlərdəki və aktrisanın populyarlaşdıqdan sonrakı fotoları sosial şəbəkədə yayılmış və gülüş obyekti olmuşdu. Sənətçi "Şəkillərimi eybəcər hala salıb sosial şəbəkədə yayırlar. Bəzi saytlar, sənəti olmayan dırnaqarası jurnalistlər reytinq toplamaq xatirinə düzəldilmiş şəkilləri yaymaqla məşğul olurlar. Mənim şans yollarımı, istedadımı Allah verib. Allaha qarşı gələn insanlara elə Allah qənim olsun. Bunları edən insanlar təbii ki, varlığımı, istedadımı çəkə bilməyənlərdir. Ay yazıqlar, gözəllik qalıcı deyil, gedir. Amma insani keyfiyyətlərimizi itirməyək. Bu gözəl ayda dualar edin ki, sizin də üzünüzə nur gəlsin. Hər uğur qazandığım zaman mənə qarşı edilən çirkin taktikalara öyrənmişəm”deyib, foto paylaşanların cavabını vermişdi.

Xalq artisti həmin o qismin acığına tez-tez sosial şəbəkədə yeni fotolarını paylaşır və dəfə də tənqidə, təhqirə tuş gəlir.Onu keçmişini unutmaqda, özünə uyğun geyim geyinməməkdə qınayırlar.

Adalet.az xəbər verir ki, Əsədova yay tətilində istirahətə yollanıb. 54 yaşlı aktrisa şortikdə çəkilən fotosunu "İnstagram” hesabına yerləşdirib və ilk dəfə Əsədovanın izləyiciləri onun bu paylaşımına tərif yağdırıblar.


Qeyd edək ki. Azərbaycanın xalq artisti Məleykə Əsədova hər il yay tətilini xarici ölkələrdə keçirir.

Əntiqə Rəşid