adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 Avqust 2020 11:56
39466
KRİMİNAL
A- A+

Azərbaycanda İrandan gələn əcnəbinin bel çantasında narkotik tapıldı

Cənub Ərazi Baş Gömrük İdarəsinin "Astara” gömrük postunda İrandan ölkəmizə gələn Gürcüstan vətəndaşının idarə etdiyi MAN markalı yük nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, nəqliyyat vasitəsiDövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdəyoxlanılıb.

Yoxlama zamanı sürücüyə məxsus qara rəngli bel çantasının içərisində, astarın alt tərəfində gömrük nəzarətindən gizlədilən şəffaf rəngli sellofana bükülü beş ədəd bağlamadaümumi çəkisi 1kiloqram 115 qram kəskin iyə malik narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.