adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
14 Avqust 2020 09:34
77940
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: Ağaran kipriklərin şeiri

























Çəhlimsiz, cığırsız yoldu gəldiyim

Dağdan, dərədən də , seldən də keçdim..
Dünyada tək adın oldu, bildiyim -
Uğrunda son ümid - teldən də keçdim!..

Gözümü qırpmadım gün işığına,
Didəmdən boylanan nura baxdım mən.
Kim nə çəkir çəksin öz qaşığına -
Səmtimə su təki , səssiz axdım mən!..

Xəyal dəyirmanım istək üyütdü,
Soyuq bir təbəssüm sovurdu onu...
Ürəyim elə bil yetim böyütdü -
Qəm olur anasız yetimin sonu...

İndi qayıdıram gəldiyim yolu...
Ulduzlar sayrışır kipriklərimdə...
Gəlmişdim ürəyim söz ilə dolu -
Dönürəm - ağarıb kipriklərim də!..