adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
14 Avqust 2020 09:04
30862
SİYASƏT
A- A+

GUAM ölkələrinin ABŞ-dakı səfirləri əməkdaşlıq məsələlərini müzakirə ediblər

13 avqust 2020-ci il tarixində Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Elin Süleymanovun, Gürcüstanın səfiri David Bakradzenin, Moldovanın səfiri Eugen Karasın və Ukraynanın səfiri Volodimir Yelçenkonun iştirakı ilə birgə vebinar təşkil olunub.

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyiindən verilən məlumata görə, iştirakçılar ABŞ-dakı GUAM Səfirlikləri arasında əməkdaşlığın hazırkı səviyyəsi barədə müzakirə aparıblar və ümumi maraqlar əsasında gələcək birgə təşəbbüslər barədə qərara gəliblər.

Səfirlər ABŞ-la birgə regional əməkdaşlıq imkanlarının təşviq edilməsi və tərəfdaşlığın gücləndirilməsi məqsədilə işçi səviyyədə məsləhətləşmələr də daxil olmaqla, sözügedən formatda müzakirələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.