adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 Avqust 2020 19:46
21376
HADİSƏ
A- A+

Tərtərdə bıçaqla özünə xəsarət yetirən səkkiz yaşlı uşaq vəfat edib

Tərtərdə səkkizyaşlı uşaq bədbəxt hadisə nəticəsində vəfat edib.

APA-nın xəbərinə görə, Tərtər rayon sakini, 2012-ci il təvəllüdlü Məmmədov Yusif Ramin oğlu bıçaqla oynayarkən özünə xəsarət yetirib.

Azyaşlı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma başlanıb.