adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Avqust 2020 16:41
36227
SİYASƏT
A- A+

“Azərbaycan tək deyil, 83 milyonluq Türkiyə yanındadır” - Hulusi Akar

Ermənistanın Azərbaycanın Tovuz bölgəsində həyata keçirdiyi xain hücumu bir daha qətiyyətlə pisləyirik. Azərbaycan xalqına başsağlığı, səbr, silahlı qüvvələrə güc diləyirik.

Adalet.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib.

"Dərdinizi millət olaraq dərindən hiss edirik. Çox açıq şəkildə bildirmək istərdim ki, son illərdə bütün dünyanın gözü önündə Xocalıda soyqırım törətmiş və Dağlıq Qarabağı heç bir qanuni əsaslandırma və ya legitimlik olmadan işğal etmiş Ermənistana qarşı bütün imkanlarımızla sonadək Azərbaycanın yanındayıq. Azərbaycan tək deyil. Azərbaycanın ədalətli işi və ərazi bütövlüyünə güclü dəstəyimiz əvvəllər olduğu kimi davam edəcəkdir. Azərbaycanın işğal altındakı ərazilərini azad etmək mübarizəsində 83 milyonluq Türkiyə olaraq sonuna qədər qardaşlarımızın yanındayıq", - deyə H.Akar vurğulayıb.