adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 Avqust 2020 13:04
19259
HADİSƏ
A- A+

Siyəzəndə dəhşətli qəza - YENİLƏNİB + VİDEO

Siyəzən rayonunun Zarat kəndində "Mercedes” və "Ford” markalı iki yük avtomobili toqquşub.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri "Ford” markalı yük avtomobilində sıxılı vəziyyətdə qalan birnəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Siyəzən rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib.

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva  bildirib ki, hadisə zamanı maşında iki nəfər olub:

"Sürücü xəsarət almayıb. Digər sərnişinin isə vəziyyəti ağır qiymətləndirilir”.

11:59

Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Görüntülərdə bir nəfərin ağır yaralanması əks olunub.

Qəza zamanı ölənin olub-olmaması ilə bağlı dəqiq məlumat yoxdur.(oxu.az)