adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 Avqust 2020 11:44
53506
ŞOU-BİZNES
A- A+

“Banu” Güneldən təccübləndirən addım: “Rahatlayın...”

Bildiyiniz kimi, "Space” telekanalında "Banu” verilişinin aparıcısı Günel Həsənzadətürkiyəli iş adamı ilə ailə qurub. O, bu evlilik xəbərini mediadan gizlətmişdi. Aparıcı Günel Həsənzadə yeni xəbər var. Xanım aparıcı saçlarını keçəl edib.


Adalet.az xəbər verir ki, o, yeni görünüşünün görüntüsünü instaqram hesabında paylaşıb.

"Banu" verilişi ilə tanınan Günel buna görə narahat olanlara cavab verib. O bildirib ki, saçlarını belə etməsinə səbəb onların yanması olub: "Rahatlayın. Səbəb odur ki, saçlarıma rəng qoymaqdan canlılığını itrmişdi. Karantində rəngi özüm qoyduğum üçün yaxşıca yandırmışdım".

Qeyd edək ki, G.Həsənzadə subay vaxtı şəxsi həyatından danışan zaman bu sözləri demişdi:



"Anamla birlikdə yaşayıram. Hərdən kimsə yığır qohumumsan. Uşaqlıqdan yanımda olmayanlar indi məni axtarır. Buna narahat olmuram, hər şey yaxşıdır. Ailə qurmamağımın səbəbi insanların xəyanətkar olmasıdır. Bəzən də işi buranlar olur. Ailə qursam, həyat yoldaşım istəsə, işi ataram. Qadının ən böyük karyerası ailəsidir. Hər zaman böyük ailənin arzusunda olmuşam".

Əntiqə Rəşid