adalet.az header logo
  • Bakı 18°C
12 Avqust 2020 19:16
12934
GÜNDƏM
A- A+

DSMF-nin büdcəsinə edilən dəyişiklik təsdiqləndi

Prezident İlham Əliyev "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında” qanunda dəyişikliyi təsdiq edib.

Adalet.az xəbər verir ki, cari il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcəsinin gəlirləri və xərcləri 4 milyard 825 milyon 508 min 800 manat həcmində təsdiqlənib.

Dəyişikliyə əsasən, Fondun gəlir və xərcləri bərabər olmaqla 4 milyard 784 milyon 700 min manat həcmində təsdiq edilib.