adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
12 Avqust 2020 17:01
25956
İDMAN
A- A+

Azərbaycan çempionatında yoluxma olarsa, hansı qərar veriləcək?

"Hansısa komandada yoluxma olmasını istəməzdik".

Qol.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün püşkatma mərasimində deyib.

O bildirib ki, belə bir hal baş verərsə, çempionatla bağlı daha üst qurumların qərar və tövsiyələrinə əməl edəcəklər. Musayevin sözlərinə görə, bu, PFL-dən asılı olmayacaq.

Premyer Liqa ilə bağlı sponsorluq məsələsinə də toxunan Musayev bunun yenidən gündəmə gələ biləcəyini istisna etməyib: "Pandemiya hamı kimi, bizə də təsir etdi. Bir şirkətlə martda uzunmüddətli müqavilə planlaşdırırdıq. Ola bilər ki, onlarla yenidən danışıq aparıb müqavilə bağladıq".