adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Avqust 2020 15:24
60727
ƏDƏBİYYAT
A- A+

Səyyad Aranın Serbiyada kitabı çap olunub

Tanınmış yazıçı Səyyad Aranın Belqradda serb dilində "Zaloq” (Girov) adlı hekayələr kitabı çapdan çıxmışdır. Kitaba müəllifin 9 hekayəsi daxil edilmişdir. Hekayələri serb dilinə Boyana Stankoviç tərcümə etmişdir.

Kitabı "Yovan” nəşriyyatında Azərbaycanın Serbiyadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzi (təsisçi Zərifə Əlizadə) nəşr etdirmişdir. Kitabın redaktoru Vesna Yevromoviçdir. Kitabın dizaynını Zoran Stankoviç vermişdir.

Azərbaycanın Serbiyadakı səfiri Eldar Həsənov müəllifə göndərdiyi məktubunda yazır: "...Məmnunluq hissi ilə qeyd edirəm ki, hekayələriniz serb ziyalıları və oxucuları tərəfindən böyük maraqla qarşılanmışdır”.

Sözügedən kitab Serbiya Yazıçılar Birliyi, Elmlər Akademiyası, nüfuzlu təhsil ocaqları, dövlət kitabxanaları və Serbiyada Azərbaycanın dostlarına göndərilmişdir.