adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 Avqust 2020 14:29
15515
GÜNDƏM
A- A+

Nicat NOVRUZOĞLU: Lüt ləkə

Bəzi kütləvi informasiya vasitələrini və sosial səhifələri ötən gün lüt kişi şəkilləri bürüyüb. Belə bir iddia atılıb ortaya ki, guya bu şəkillər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkilib. Və insanlar burada işgəncə və qeyri-insani rəftara məruz qalıblar.

Açığı bu şəkillərə baxan kimi burada bir təxribatın olduğu aydınca görsənir. Birincisi, kim öz cinayətini paylaşar ki?! İkincisi, niyə bu şəkillərdə görsənənlərdən heç olmasa birinin kimliyi haqqında məlumat verilmir? Əgər sözsüz ki, o Azərbaycan vətəndaşıdırsa.

Bayrağımızın bu şəkillərdə ekrana düşməsi də düşünülmüş bir addımdı. Təxribatçılar bununla tam təsdiq kimi göstərməyə çalışıblar ki, guya bunlar azərbaycanda çəkilib. Yəni bu fotolar məqsədli şəkildə əvvəlcədən planlaşdırılmış ssenari üzrə çəkilib.

Dövlət qurumları əsasən də hüquq mühafizə orqanlarının imicinə zərbə vurmaq üçün hər zaman belə təxribatlar tirajlanıb. Bununla yanaşı həmçinin ölkədə qarşıdurma yaramaq, insanaları qıcıqlandırmaq üçün də də bu cür taktikadan istifadə edilib.

Rəsmilərin cavabı özünü çox gözlətmədi. Belə ki, Daxili İşlər Nazirliyin mətbuat xidmətindən bildirdi ki, o görüntülərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində çəkilməsi yalandır: "Bu görüntülər tərəfimizdən diqqətlə araşdırılıb. Fotolarda əks olunan şəxslərin heç biri Azərbaycan vətəndaşı deyil. Şəkillərin çəkildiyi yer də Azərbaycan deyil. O ki qaldı fotoların birində Azərbaycan bayrağının görünməsinə, Azərbaycan bayrağını dünyanın istənilən bir yerində harasa qoyub onun şəklini çəkmək mümkündür”.

Baş Prokurorluq isə bildirdi ki, qeyd olunan fotoların ölkə ərazisində çəkilməsi barədə iddialar tamamilə yalan və uydurma xarakter daşımaqla ictimai-siyasi sabitliyi pozmaq məqsədi güdür və cinayətkarlığa qarşı mübarizə sahəsində hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərin üzərinə kölgə salmağa xidmət edir.

Azərbaycan Respublikası Baş Prokurorluğu qəti olaraq bildirir ki, fotolarda yer alan şəxslər şahid, şübhəli, o cümlədən təqsirləndirilən şəxs və ya hər hansı digər statusda istintaqa cəlb olunmamış, həmin şəxslərlə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində heç bir istintaq hərəkəti aparılmamışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edir ki, ölkəmizin informasiya sahəsində milli maraqlarına zidd olmaqla qanunvericilik aktlarının tələblərini qəsdən pozaraq həyata keçirilən məqsədyönlü tədbirlərə inamsızlıq yaratmağa xidmət edən, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən dezinformasiyaların yayılması yolverilməzdir.

Bu da rəsmi və dəqiq məlumat, araşdırma.

Çalışın belə şər və böhtan ləkələrə uymayın. Baxış və oxunma sayına xatirinə bu cür çirkin oyunların iştirakçısına çevrilməyin, tirajlamayın. Oyun oynayanların oyunçusu olmayın. Ən əsası ləkə olmayın. Özü də ki, lüt ləkə.