adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
12 Avqust 2020 12:12
36901
MƏDƏNİYYƏT
A- A+

Ürəyi Ağdamda qalan sənətkar

Vaqif Şərifov 1960-ci ildən teatrda əmək fəaliyyətinə başlamış, 1967-ci ildə Azərbaycan İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir. 1967-1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974-1977-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977-1981-ci illərdə Ağdam Dram Teatrında baş rejissor, 1981-1984-cü illərdə Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984-1998-ci illərdə həmin teatrda direktor və bədii rəhbər vəzifəsində çalışmışdır.

Müxtəlif illərdə Nazim Hikmətin "Demoklisin qılıncı", Hüseyn Cavidin "Maral", Cəfər Cabbarlının "Almaz", "Yaşar", A.Baranqanın "İçtimai rəy", Y.Saloviçin "Qəribə dilənçi", A.Məmmədovun "Dəli domrul", Anarın "Şəhərin yay gynləri", Mirzə Fətəli Axundovun "Qanun dəlalı", H.Mirəlimovun "Vicdanın hökmü", Elçinin "Qatil", Süleyman Sani Axundovun "Eşq və intiqam" işləmişdi. Azərbaycan teatrlarında 150-dən artıq quruluşları olmuşdur.

Azərbaycan Teatr Xadimlər İttifaqının üzvüdür.

"Qanun dəllalı" tamaşasının qurluşuna görə "Qızıl Dərviş" mükafatı almışdır. 2011-ci ildə "Aspoliqraf" nəşriyyatı tərəfindən Vaqif Şərifovun və onun həyat yoldaşı, Azərbaycanın əməkdar artisti, mərhum aktrisa Simuzər Namazovanın həyat və yaradıcılığından bəhs edən teatrşünas Anar Bürcəliyevin "Qoşa qanad" adlı kitabı nəşr edilmişdir.

25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir. 4 mart 1992-ci ildə əməkdar incəsənət xadimi, 13 fevral 2014-cü ildə xalq artisti fəxri adlarına, 7 may 2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.

Anar Bürcəliyev

Teatrşünas