adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Avqust 2020 10:19
21700
MƏMLƏKƏT
A- A+

Azərbaycanda kəhrizlərin 332-si erməni işğalı altındadır - İnstitut direktoru

Azərbaycanda olan kəhrizlər üzərində elmi-tədqiqat işlərinin aparılmasına ciddi ehtiyac var. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev deyib.

Onun sözlərinə görə, su ehtiyatlarından səməri istifadə etmək üçün kəhrizlərin qorunması və onlardan su mənbəyi kimi istifadə edilməsi vacib məsələlərdən biridir.

Hələ 1938-ci ildə Azərbaycanda 1500 kəhrizin mövcud olduğunu, onların 885-nin rəsmi dövlət qeydiyyatına alındığını deyən Ə.Quliyev həmin kəhrizlərdən içməli və suvarma su mənbəyi kimi istifadə edildiyini xatırladıb.

O əlavə edib ki, kəhrizlər vasitəsi ilə il ərzində 500 milyon kubmetrdən çox su istifadə olunurdu.

İnstitut direktoru qeyd edib edib ki, artıq həmin kəhrizlərin 332-si erməni işğalı altındadır.

Ə.Quliyev 2016-cı ildən başlayaraq, AMEA ilə "Azərsu” ASC arasında bağlanmış müqavilə əsasında Azərbaycan ərazisindəki kəhrizlərin tədqiq edildiyini də söyləyib:

"Hazırda Ağstafa rayonunun Həsənsu kəndi ərazisində kəhrizlərin bərpası işi həyata keçirilir. Kəhrizlərin bərpası və yeni kəhrizlərin layihələndirilməsi işi kifayət qədər maliyyə tutumlu olduğu üçün bu işlətrin görülməsindən ötəri yeni maliyyə mənbələrinin tapılması ən vacib məsələdir. Ancaq hər şeyi də dövlətlərdən gözləmək olmaz. Bu sahəyə vətənpərvər iş adamları da öz dəstəyini göstərməlidirlər”.