adalet.az header logo
  • Bakı 19°C
12 Avqust 2020 10:10
61235
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: İlğımdakı saray

Yenə döyülmədi pəncərəm, qapım
Qaldı ürəyimin qulağı səsdə...
Yenə həsrətimi yoğurum...yapım -
Yenə də səhəri açım qəfəsdə!

Yerdən göyə qədər...ondanda uzaq -
Yolu qaranəfəs min dəfə ölçdüm...
Xəyalım təsəlli, xəyalım tuzaq -
Hara hərləndimsə içinə düşdüm...

Bir çınqı..qığılcım alışmadı ki,
Ondan alov doğsun - ruhum isinsin...
Qəlbim əl açşmağa alışmadı ki -
Hansısa kölgəyə yarınıb, sinsin...

...Yenə öz dünyamın öz külü ilə
Ümid kərpicləri kəsirəm ...səssiz...
Xəyal sarayımı gətirdim dilə -
Onu gördünüzmü ilğımda bəs siz?!