adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 Avqust 2020 09:20
18690
DÜNYA
A- A+

Bayden ABŞ vitse-prezidenti vəzifəsinə namizəd seçib

ABŞ-da keçiriləcək prezident seçkilərində demokratlardan namizəd olacaq Cozef Bayden ölkənin vitse-prezidenti vəzifəsinə namizəd seçib.

Bu barədə C.Bayden öz "Twitter" səhifəsində yazıb.

C.Bayden Kaliforniya ştatından senator Kamala Harrisi ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizəd seçdiyini elan edib: "Ən görkəmli dövlət məmurlarından biri olan Kamala Harrisi seçdiyimi elan etməkdən qürur duyuram".

Qeyd edək ki, noyabrın 3-ü ABŞ-da perzident seçkiləri keçiriləcək.