adalet.az header logo
  • Bakı 7°C
11 Avqust 2020 22:24
22409
DÜNYA
A- A+

KİV: “Paşinyan Trampla görüşmək üçün uğursuz cəhdlər edir”

Ermənistanın baş naziri Nikol Paşinyanhakimiyyətə gəldiyi gündən etibarən prezidentDonald Trampın, yaxud ABŞ dövlət administrasiyasında təmsil olunan hər hansı şəxsinqəbuluna düşməyə cəhd göstərir.

Bu barədə Ermənistanın "Qraparak” qəzeti yazıb.

Məlumata görə, ABŞ-da fəaliyyət göstərən erməni icmasının, erməni təşkilatlarının və partiyaların bu məsələnin baş tutması istiqamətində apardığı fəaliyyətnəticəsiz qalıb.

Qəzet yazır ki, bir müddət əvvəl Corc Sorosun təmsilçiləri N.Paşinyanın Birləşmiş Ştatların hazırkı prezidenti ilə görüşmək perspektivinin olmadığı barədə məlumat verərək, noyabrda ABŞ-dakeçiriləcək prezident seçkilərini gözləməyi məsləhət biliblər.