adalet.az header logo
  • Bakı 6°C
11 Avqust 2020 19:21
22781
MƏMLƏKƏT
A- A+

Bakıda çimərliyi çirkləndirənlər cərimələndi

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə çimərliklər xüsusi karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində avqustun 5-dən vətəndaşların istifadəsinə verilib. Bununla əlaqədar Bakı Şəhər və paytaxt rayonları İcra Hakimiyyətiləri və struktur bölmələri tərəfindən aidiyyatı qurumlarla birlikdə çimərlilərdə karantin qaydaları tələblərinə uyğun vətəndaşların istirahəti üçün lazimi şərait yaradılıb, çimərliklərdə təmizliyin qorunması, tullantıların daşınması üçün bütün əlavə tədbirlər görülür.

Trend-in məlumatına görə, çimərliklərdəki mövcud vəziyyətə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti və aidiyyatı qurumların nümayəndələri gündəlik reydlər keçirir və maarifləndirmə işləri aparırlar. Reydlər nəticəsində aşkar edilmiş çatışmamazlıqlarla bağlı müvafiq tədbirlər görülür.

Belə ki, ictimai çimərliklərdə spirtli içkilərin satışı və gətirilməsinin qadağan edilməsinə baxmayaraq reyd zamanı vətəndaşlardan 5 nəfərin özləri ilə çimərliyə spirtli içki gətirərək işdikləri aşkarlanmış, onlara buna yol verilməməsi və içkili şəkildə dənizdə çimməyin qadağan edilməsi ilə bağlı xəbərdarlıq edilib.

Həmçinin, "Şıx” çımərlik zonasındakı özəl çimərliklərin birində vətəndaş Həsrət Cəfərov tərəfindən məişət və digər tullantıları həm dənizə həm də çimərlik ərazisinə atıldığı müəyyən edilmiş və o, DİN əməkdaşları tərəfindən akt tərtib edilərək İXM-nin müvafiq maddəsinə əsasən cərimə edilmişdir.

Bakı Şəhər İcra Hakimiyyəti və DİN əməkdaşları tərəfindən çimərliklərin cavabheh şəxsləri ilə söhbətlər aparılmış, onlara bildirilmişdir ki, vətəndaşların sağlamlığı və təhlükəsizliyi məsələləri hər zaman ön planda olmalıdır. Buna görə də karantin şəraitinin pozulması və antisanitariya vəziyyətinə yol verilən çimərliklər barədə ən ciddi ölçü götürüləcəkdir.
Bir daha vətəndaşlarımızı çimərlikdə olduqları zamanı mövcud qaydalara və təmizliyə riayət etməyə çağırırıq.