adalet.az header logo
  • Bakı 7°C
11 Avqust 2020 19:10
17891
DÜNYA
A- A+

Nigeriyada qəbilələr arasında münaqişə: 13 nəfər həlak olub

Nigeriyanın şərqindəki Benue ştatında qəbilələr arasında münaqişə zəminində 13 nəfər həlak olub.

Trend-in məlumatına görə, münaqişə Ukpoqo-Edikvu icmasında başçının seçilməsi zamanı baş verib.

Qeyd olunur ki, bir klana məxsus silahlı şəxslər digər klanın ərazilərinə daxil olaraq 13 nəfəri qətlə yetirib.

Həmin icmada başçı seçimi ilə əlaqədar münaqişə tərəflər arasında 1994-cü ildən etibarən davam edir. Bu günədək tərəfləri barışdırmaq cəhdləri heç bir nəticə verməyib.