adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Avqust 2020 16:34
31913
ELM VƏ TƏHSİL
A- A+

Şagirdlərin elektron yerdəyişməsi başlayır

Avqustun 12-dən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir.

Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.