adalet.az header logo
  • Bakı 7°C
11 Avqust 2020 15:27
23920
İDMAN
A- A+

Braziliyada futbolçular hər oyundan əvvəl məcburi koronavirus testi verəcək

Futbol üzrə Braziliya çempionatında çıxış edən klubların bütün futbolçuları məcburi COVID-19 testindən keçəcək.

"RİA Novosti” xəbər verir ki, futbolçular oyundan üç gün əvvəl testdən keçməli olacaqlar.

Klubların heyəti analizlərin nəticələrinə uyğun təşkil ediləcək.

Qeyd edək ki, Braziliya çempionatında yeni mövsüm avqustun 9-dastart götürüb.