adalet.az header logo
  • Bakı 7°C
11 Avqust 2020 13:08
26242
SAĞLAMLIQ
A- A+

Uşaqlara az qadağa qoyulmalıdır - Psixoloq rəyi

Karantin ilə əlaqədar olaraq məktəblərlə bərabər bağçalar da uzun müddətdir fəaliyyət göstərmir. Bu da azyaşlıların, körpələrin psixoloji durumuna, istirahətinə, maraq sahəsinə mənfi təsirini göstərir. 

Psixoloq İlhamə Musaqızı adalet.az-a açıqlamasında bildirib ki, bu vəziyyət xüsusən şəhərdə yaşayan uşaqlarçün daha çətindir. Valideynlər bu durumu anlamı, uşaqları ilə parkda vaxt keçirməli, mümkün qədər onlara az qadağa qoymalıdırlar.

" Sözsüz ki,ölkədə və bütün dünyada baş verən pandemiya hərkəsin həyatını dəyişdirib. Bu dəyişim yalnız böyükləri deyil,eyni zamanda uşaqlardan da yan keçmir.Xüsusən şəhərdə yaşayan ailələrin problemi daha böyükdür.Çünki onlar uşaqları ilə istirahətə (rayon və ya digər ölkələrə) yollana bilmirlər.Valideynlərə məsləhətim bu ərəfələrdə uşaqları ilə birlikdə gələn il üçün istirahətlərinin planını qursunlar. Onların seçimlərini bu plan üçün öndə saysınlar. Hər gun ən azı 2 saat parkda onlarla vaxt keçirsinlər. Uşaqlara həddindən artıq qadağalar qoymasınlar,daha çox məntiq inkişaf etdirici oyunlar oynasınlar.Yaxşı olar ki hər axşam sabah üçün bir plan qurulsun və bu planın əsası uşağın özü tərəfindən də qoyulsun. Çünki uşaqların tam olaraq pandemiyanı anladıqlarını düşünmürəm. Onların vaxtlarının necə səmərəli və maraqlı keçməsi,biz valideynlərdən asılıdır.Təbii ki, karantin bu zaman onlarda neqativ emosiyalar qoymayacaq.”

Emin Piri