Adə, sən Sədərək bazarısan? Şeirləri tırla gətirirsən? - Eminquey yazır

EMİNQUEY AKİF
93031 | 2020-08-11 11:53
30 yaşı olar, ya olmaz, 7 şeir kitabının müəllifidi. 

Hərəsi də 150 səhifə. Təxminən hər kitabda 120-130 şeir. 

Soruşursan ki, nə vaxtdan şeir yazırsan? 

Deyir, süd əməndən. 

Hətta dil açanda ilk sözüm "sən getdin, ömrümün çiçəyi soldu" olub. 

Adə, sən Sədərək bazarısan? 

Şeirləri tırla gətirirsən? 

7 ildir yaradıcılıqla məşğulam, hesablasan 60-70 şeir yazmışam, ya yox. 

Hələ onların da nə qədərini də çıx-daş eləmək fikrindəyəm. 

Vallah, o inandığınız ilham pəriləri bir gün mitinq keçirəcək, şüarları da bu olacaq - "Pərilərə şiddətə son!"

TƏQVİM / ARXİV