adalet.az header logo
  • Bakı 20°C
11 Avqust 2020 11:35
19684
MƏMLƏKƏT
A- A+

BNA: “Gənclik” stansiyasının vestibülü ödəmə terminallarından istifadə üçün açıq olacaq

Bu gündən metronun "Gənclik” stansiyasının vestibülü səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq.

Bakı Nəqliyyat Agentliyindən Adalet.az-a verilən məlumata görə, sərnişinlər saat 06:30-dan saat 12:00-dək "Gənclik” stansiyanın vestibülündəki ödəmə terminallarından istifadə edə biləcək.

Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələri xahiş edilir:

"Tövsiyə edirik ki, "BakıKart”-ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar. Əvvəlcədən tədbirli davranış lüzumsz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir".