adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
11 Avqust 2020 11:10
50016
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: Dörd divarla söhbət





















Özüməm, dörd divar, bir də ki, ahım -

Məni ovutmağa cəhd edən kimdi?...
Gedib Allaha da çatıb günahım -
Günahla ölməmi əhd edən kimdi?!.

Səhərdən axşama , gecədən sübhə -
Didirəm içimi, sərirəm mehə.
Dönür həsrət adlı qorxunc bir şübhə -
Kipriyin ucundan boylanan şehə...

Çıxmaq mümkün deyil bu çərçivədən
Demək də çətindi - dil tikanlayıb..
Məni qədərimə O, pərçim edən-
Özü qərarını bil ki, anlayıb...

Dörd divar... bir də ki, özümdəki sən
Ruhumuz sarmaşıq, cismimiz girov...
Sən elə əzəldən özümdəkisən -
Sevmək günahım da əriyən qırov...