adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Avqust 2020 11:09
18184
DÜNYA
A- A+

TRAMP YENİDƏN PUTİNİ G7 GÖRÜŞÜNƏ DƏVƏT EDİR

ABŞ prezidenti Donald Tramp söz verib ki, prezident seçkilərindən sonra, Rusya prezidenti Vladimir Putini mütləq G7 görüşünə dəvət edəcək. O, bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında jurnalistlərə görüşdə bildirib.

"Biz bir çox liderləri görüşə dəvət etmişik. Mən mütləq Putini də bu görüşə dəvət edəcəm. O, hazırda vacib faktor olaraq qalmaqdadır. G7-yə daxil olmayan dövlət başçılarının bir çoxu görüşə dəvət olunacaq. Artıq dəvətlər hazırdır"- deyə RİA Novosti Trampın sözlərindən sitat gətirib.

Tramp görüşü noyabr seçkilərindən sonra keçirməyi planlaşdırıb. " Hesab edirəm ki, seçkilərdən sonra atmosfer yaxşı olacaq"- deyə mətbuart konfransında bildirib.

G7 sammitinin əvvəlvcədən iyun ayında ABŞ-da keçirilməsi nəzərdə tutulmuşdu. Lakin koronavirus pandemiyası ilə əlaqədar görüş təxirə salınmışdı.

"Sputnik"radionun məlumatına görə Almaniya bu sammitdə Ukrayna hadisələrinə görə Rusiyanın iştirakına etirazını bildirmişdi.

Rüstəm Hacıyev