adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
11 Avqust 2020 10:20
51386
ƏDƏBİYYAT
A- A+

ADINA “DOST” DEDİKLƏRİN... - KƏRAMƏT yazır

Dünyanı dost və düşmənə bölmək onu ağ və qaradan başqa rəngdə görməmək kimidi. Məncə, burada vurğulanmasə gərək olan, anlaşdıqlarımız və anlaşa bilmədiklərimizdi. Düşüncə və ruhun eyni ladlarda ifadəsi kimi bir şey. Dünyaya göz açandan bəri ətrafımız adam dolu...Ətrafımızın da ətrafını bizlər yaradırıq və həyatın müəyyən mərhələlərində qazandığımız-itirdiyimiz kimsələr olur. Kimlərisə itirə-itirə ömür yolumuz MÜXTƏLİF TALELƏRDƏN, ÖZÜ QƏDƏR MÜRƏKKƏB, HƏMİŞƏ izaha möhtac insanlardan keçib gedir, bizi də kimlərsə itirir, lap deyək ki, daha ondan ötrü maraq, cazibə mərkəzinə çevrilmirik, başqa cəzb yerləri-ünvanları arayır hamı. Mən şəxsən kimdənsə vəfa gözləməmişəm, amma dəyər gözləmişəm,( amma bundan ötrü sinov getməmişəm, inciməmişəm də, sadəcə gülüb keçmişəm) əlahəzrərət HAQ –dan ötrü. Halbuki "Həyatda haq aramaq , Özü də haqsız işdi” yazan da elə özüməm, bunu da deyim...qoy fikrim yarımçıq qalmasın, kiməsə kin bəsləmək fitrətimdə yoxdur, mənə bəslədiyi nankorluq olsa , belə. Az, lap az adam olur ki, biz ömür yolumuzu onlarla davam edirik, yox, bu da doğru deyil,”Ömür təkadamlıq yoldu”, tez-tez görüşməkdə, biri-birinin işinə yaramaq, biri-birinin şəninə tost demək kimi amillərdən söhbət getmir. Söhbət ondan da getmir ki, biz ətrafımıza vasitə kimi baxırıq, müəyyən mənzil-məqsədə qədər, sonra "əlvida”, başqa pilləkənlər, tramplinlər. Bir dostumuz yarızarafat-yarıciddi dedi ki, o sənin tələbə yoldaşın var ya..qoymur e biz də bir nazirə, deputata yaltaqlanaq, kəsib qabağımızı. Burası heç... Üzünü döndərib getməyə həmişə əsas var, amma o da var ki, o biri üzlər küsdüyün üzə "rəhmət” oxutdurur. Belə bir girişə də uşaqlıq-gənclik-qocalıq adlı ömür dayanacaqlarında həsbi-hal etdiyim Xudayar Hənifə oğlu Rəhimov səbəbkardı, daha doğrusu, onun qəfildən xəstələnməsi,müalicə üçün İstanbula gəlməsi. Doğrusu, duyğulandım, "niyə”si o qədər ki...

O, Respublika Prezidentinin sərəncamı ilə Pespublikanın Əməkdar Mühəndisi adına layiq görüləndən dörd ay sonra təbrik etdim və xəbərdar olmadığımı bildirdim. Halbuki bu dörd ay ərzində, yalan olmasın, qırx dəfə görüşmüşük, özü də heç dilinə gətirməyib . "Bağışla” deyincə güldü, -Özünə də belə münasibət bəsləyirsən,-pıçıldadı. Mən də məmnun qaldım, düşündüm ki, nə yaxşı məni də düzgün anlayan varmış. Həmişə ətrafdan ədalət gözləyən bizlər nə qədər ədalətliyik, bundan da əfzəli ətrafımızdakıları doğru-düzgün anlaya bilirikmi? Bu dəfə çox dalğındı və qəribəsi bu idi ki, xəstəliyilə, əməliyyatdan çıxması ilə bağlı deyildi. Səbəbini soruşdum,-......oğlu Filankəsi tanıyırsan da, həmişə buna yaxşılıq eləmişəm, orda-burda hədyan-böhtan danışır-yazır. Görəsən niyə?-o da sualıma belə sualla cavab verdi. "Gör nəyi düşünürsən, bu zad məhkəmə qərarı ilə rəsmən dələduzluqdan məhkum olunub, hələ 5-10 nəfər mənim bildiyim qohum-əqrəba abrına qısılıb hüquq-mühafizə orqanlarına müraciət eləməyib, sən də bunu bilirsən, gör bu məqamda nəyi, kimi fikirləşirsən, boş ver, sən allah bu ikiayaqlı məxluqatları”.

Ailədə də, dostlar arasında da söz-söhbət olur, umu-küsü də , amma elə adamlar var ki, "üzünə bax, beş il iş ver sorğu-sualsız”(rəhmətlik Camal Yusifzadə tez-tez işlədərdi bu təyini və sonra xırda-xırda gülərdi.) Yuxarıda sözügedən dələduz da bu qəbildəndi, hətta dələduzluğun üz qarasıdı, adam adamı aladatmaz,-bu heç, busa xalasını,bibisini aldadıb.,kəndin ağsaqqalının təqaüdünə göz dikən şərəfsizin biridi.

Arada o qədər maneə-divar-adam olur ki...fikrən-ruhən çox doğma olan insana da yetə bilmirsən. Yenə də çoxdan, lap çoxdan yazdığım bir şeirin misraları girir araya: "Bu qədər gözləyəni gözlətməzlər bu qədər, Adamlar arasında gizlənməzlər bu qədər”. Ucundan tutub ucuzluğa getdik. Nə isə... Bu günlərdə 45 ildi –uşaqlıqdan bəri münasibətimizi üst səviyyədə qoruduğumuz (mənimlə dolanmaq, yola getmək çətin olduğunu vurğulamasam ədalətsizlik kimi görünər, yəni heç özüm-özümlə anlaşa bilmirəm) Xudayar dostum (Rəhimov) İstanbulda xəstəxanada ağır əməliyyat keçirdi, şükür ki, salamatlıqdı. Bu yazım şeirdən çox sağlamlıq diləyimdi. Ömrümün müxtəlif labirintlərini, keçidlərini yada saldım və bunları yazmaq keçdi könlümdən. Onu da deyim ki, pisliklərin kökü kəsilmədiyi kimi yaxşılıqlar da daim var olacaq, ola bilər ki, şəkli dəyişimlərə uğrasınlar. Yaxşılar ona görə azdılar ki, fikrən-ruhən çoxdular, pislər cismən-fizikən çoxdular amma. Xudayar seçilən, güclü xarakterə sahib, kerçəkliyi oxuya bilən, intuitiv şəkildə dı olsa, kimin kim, nəyin nə olduğunu bilən dostdur.


TOYA GƏL İSTANBULA

Ağrima-acıma, dost,

Dünya belə dünyadı

Duadadı əllərim

Bakı-İstanbul reysi

Səni toya gətirsin

İstambulun yolları

Həmişə yolda qalır

Xəstəxana gözləri

Həkim xalatı kimi

Ağappaq olur xəstələrin üzləri

Xəstəxana divarı.

Yollara baxmaqdan

Böyüyür, böyüyür xəstələrin gözləri

Bir qaraltı görüncə

Çiçəkləyir

Xəstələrin üzləri.

sarı olar, sapsarı

Pəncərə önündəki ağacın yarpaqları

Baharda belə.

Yüz xatirə var bəlkə

ələk-vələk olunmuş

xatirələr olmasa,

minbir adam içində

xəstələt yalqız, yazıq,

xəstələr tək olurmuş.

Qeybdən gələn səs kimi

Bir dost da gəlir ərklə

-Dur ayağa, qalx gedək

Belə səslənir bərkdən.

"Keçmiş olsun” deyirəm

Azar-bezar dünəndə...

Məndən də salam söylə

Uşaqlara, quşlara

Kəndimizə dönəndə.

Uzaq ol qeylü-qaldan

Ağrın geridə qalsın

Elin gözü yoldadı

Xuda sənə yar olsun