adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
11 Avqust 2020 10:12
53313
ŞOU-BİZNES
A- A+

Ayrılıq iddiaları gerçəkləşir: Kənanın açıqlaması, qaynananın fotoları silməsi...

Xəbər verdiyimiz kimi, şəxsi həyatları ilə gündəmə gələn Aynişan və Kənan cütlüyünün ayrılması xəbərləri sosial şəbəkələrdə yayılıb.

Aynişan və idmançı həyat yoldaşı Kənan bir-birilərini instagramda izləmədən çıxarıblar. Eyni zamanda hər ikisi toy paylaşmalarından tutmuş birlikdə olan digər bütün şəkil və videoları siliblər. Onların bu addımı diqqət çəkib və izləyiciləri tərəfindən müzakirələrə səbəb olub. İzləyicilərin əksəriyyəti cütlüyün ayrılmasını çoxsaylı rəylərlə qeyd ediblər.

Adalaet.az xəbər verir ki, bir-birini sosial şəbəkə hesabından silən cütlüklərdən ilk paylaşım Kənandan gəlib. Belə ki, o fotosunu yayaraq bu sözləri qeyd edib: "Başını ağrıtma lazımsız yerə. Səni ancaq gördükləri qədər anlayacaqlar. Gördükləri isə öz anladıqları qədər olacaq".

Qeyd edək ki, barələrində boşanma iddiaları yayılan Aynişan-Kənan cütlüyünün analoji qərarından sonra Haşımovanın da bu addımı atması yayılan xəbərlərin həqiqətə yaxın olması barədə şübhələri artırıb.


Maraqlıdır ki, əməkdar artist də qızı kimi K.Əliyevlə olan fotoları hesabından silib. Əldə etdiyimiz məlumata görə, cütlük bir aydan artıqdır ki, ayrı yaşayır.

Onların münasibətlərinin qısqanclıq zəminində pozulduğu da iddialar sırasındadır. Sadəcə bu vaxta qədər hər iki tərəf xəbərin mediaya sızmamasına çalışıb.

Bildirilir ki, gəncləri barışdırmaq üçün məsələyə Aybəniz Haşımovanın böyük bacısı, Xalq artisti Şahnaz Haşımova da müdaxilə etməyə çalışsa da, tərəflər sənətkarın təklifindən imtina ediblər.

Əntiqə Rəşid