Vahid miqrasiya məlumat sistemi haqqında Əsasnaməyə dəyişiklik edildi - FƏRMAN
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Fərman imzalayıb.
Trend-in məlumatına görə, Fərmana əsasən, icra sənədlərinə əsasən mülki hüquqi öhdəliyin və inzibati tənbehin olması barədə məlumatlar "Elektron icra” informasiya sistemi tərəfindən təmin olunacaq.
Eyni zamanda, Sistem tərəfindən "Elektron icra” informasiya sisteminə təqdim olunan məlumatlar da müəyyənləşib. Belə ki, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən sənədlər; Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış, habelə müvəqqəti olma müddəti uzadılmış və ya qaçqın statusu almış şəxslər; əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar sistem tərəfindən "Elektron icra” informasiya sisteminə təqdim olunacaq.
Digər Xəbərlər
19 Aprel 2024 13:32
"Əgər həmin uşaq evdə oxuyacaqdısa, niyə məktəbə gəlir?" - Siyavuş Novruzov
19 Aprel 2024 13:05Vüqar Gülməmmədov parlamentdə hesabat verdi - YENİLƏNİB
19 Aprel 2024 12:17Məzahir Pənahov seçkiləri müşahidə etmək üçün Maldivə gedir
19 Aprel 2024 12:11"Bu, maliyyə pozuntularının erkən aradan qaldırılması üçün faydalıdır" - Komitə sədri
19 Aprel 2024 12:07