Zaur İsmayılov: “Laçi” bütün xətlərdə güclü oyunçulara malikdir”
"Avroliqada asan rəqib yoxdur”.
Oxu.Azxəbər verir ki, bunu "Keşlə”nin baş məşqçisi Zaur İsmayılov deyib.
O, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkünü dəyərləndirib:
"Avropa Liqasında asan rəqib yoxdur. Oyuna çox ciddi hazırlaşmalıyıq. Artıq "Laçi” komandasını analiz etməyə başlamışıq. Bilirik ki, çox yaxşı futbolçulara malik bir kollektivdir. Bütün xətlərdə güclü oyunçulara malikdirlər”.
Xatırladaq ki, püşkün nəticəsinə əsasən "Keşlə” Albaniyanın "Laçi” komandası ilə qarşılaşacaq.
Digər Xəbərlər
20 Aprel 2024 10:00
"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı
19 Aprel 2024 18:19FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00