adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Avqust 2020 14:56
54724
ŞOU-BİZNES
A- A+

Şou-biznesin olay olan cütlükləri: ayrılıqlar, küsülülüklər, giley və etiraflar...

Son zamanlar şou-biznesin ailəli nümayəndələrinin həyatında bəzi hadisələr baş verməkdə və ictimaiyyətə sızmaqdadır.

Adalet.az bir neçə evli cütlüyün həyatında baş verən həmin hadisələri oxucularına təqdim edir.

1. Şəxsi həyatları ilə gündəmə gələn Aynişan və Kənan cütlüyünün ayrılması xəbərləri sosial şəbəkələrdə yayılıb.

Aynişan və idmançı həyat yoldaşı Kənan bir-birilərini instagramda izləmədən çıxarıblar. Eyni zamanda hər ikisi toy paylaşmalarından tutmuş birlikdə olan digər bütün şəkil və videoları siliblər. Onların bu addımı diqqət çəkib və izləyiciləri tərəfindən müzakirələrə səbəb olub. İzləyicilərin əksəriyyəti cütlüyün ayrılmasını çoxsaylı rəylərlə qeyd ediblər.



2.Xəzər Tv-də yayımlanan "Evdəkilərə salam" verilişi xalq artisti Arif Quliyevin ailəsində qonaq olub.

İlk dəfə xalq artistinin ailəsi efirdə görünüb. Həyat yoldaşı Gülzar xanım aktyor ailəsi haqqında danışıb. O, bildirib ki, Arif Quliyevlə ailəli olmaq çətindir. Amma buna baxmayaraq 42 ildir artıq ailəlidirlər.




Arif Quliyev isə ilk tanışlıqlarından danışıb: "Tibb texnikomunda konsertə getmişdim. Zalda hamı gülürdü, təkcə Gülzardan başqa. Diqqətimi çəkdi, onu tapdım, elçi getdik və ailə qurduq".

3."Səni özünlə, mayanla, kökünlə təbrik etmək istədim. Mayasını tanımadan, bilmədən inancına, əxlaqına, vicdanına, mərhəmətinə, sağlam xarakterinə, sevgisinə, dürüstlüyünə heyran qaldığım və ksini düşünməyə belə ehtiyac duymadığım, həyatdakı ən böyük şükür səbəbim, şansım,həyat ortağım, yol yoldaşım, qəhqəhə makinam dünyaya gəldiyin gün mübarək olsun"



Bu sözləri müğənni İradə İbrahimova həyat yoldaşının doğum günü münasibəti ilə yazıb:"Bu heyatda hisslərim və müşahidələrimdə heç vaxt yanılmadım. Sözünə qulaq asdığım üreyimə heyran olum.

4. Tanınmış aktrisa Ülviyyə Xəilbəyli sosial mediadakı paylaşımı ilə diqqət çəkib.



Hamilə olan aktrisa instaqram hesabında yeni görüntülərini paylaşıb. Onun görüntüləri izləyicilərin marağına səbəb olub. Qeyd edək ki, Ülviyyə aktyor həmkarı Murad İsmayıl ilə ailə qurub.

QEYD: Gələn dəfəki cütlüklərdən olan xəbəri gözləyin !

Əntiqə Rəşid