Faiq QİSMƏTOĞLU: OD TÖKÜR, OD TÖKÜR GÜNƏŞ AĞZINDAN...

FAİQ QİSMƏTOĞLU
56992 | 2020-08-11 09:30

... Onsuz daavqustun əvvəllərindən adam bilmir ki, başını götürüb hara qaçsın. İnsanın nəfəsitəngiyir və səbri bir az da azalır. Nəfəsi təngiyən və səbri bir az da azalanadamlarsa, bu isti günlərdə çaylara, göllərə, dənizə üz tutur. Operativ Qərargahnə yaxşı ki, dənizə getməyə və çimərliklərə üz tutmağa icazə verdi. Yaxşı, buistidə insanlar göydən "od” yağarkən özünü sərinləməkdə görür. Bəs ondadünyamızı və bizi oksigenlə təmin edən bu yaşıl ağaclar "canlarını” haraqoysun?! Axı onlar da canlıdı. Onların dasuya ehtiyacı var. Bu isti günlərdə o ağaclara, o yaşıllıqlara su verməsənonların "dodaqları” cadar-cadar olacaq və dörd yerdən partlayacaq...

Elə məmləkətimizdədə yaşıllıqlar və ağaclar isti yay günlərində susuzluqdan quruyur. Düzdür, eləyerlər var ki, o ağaclara, o güllərə, o yaşıllıqlara səhər-axşam su verilir. Suda həyat deməkdir. Çox yox, 3-4 gündən bir bu isti günlərdə ağaclara su verilsə,vallah, onlar dirilər.

Mən Füzulidəolanda həmişə bir ana, bir məqama xüsusi fikir vermişəm. Xüsusən isti yay günlərindəHoradiz şəhərində və digər yaşayış məntəqələrində ağaclara xüsusi qulluqedilir. Yəni onlar səhər və axşam saatlarında davamlı olaraq suvarılır. Elə birgün olmaz ki, o ağaclar, o yaşıllıqlar diqqətdən kənarda qalsın. Axı dedik,ağaclar da canlıdı. Onlar da su istəyir, qulluq tələb edir və nəvaziş gözləyir.O ağaclara, o yaşıllıqlara vaxtlı-vaxtında su veriləndə onlar da dirçəlir vəinkişaf eləyir.

Son illərdəHoradiz şəhərində 50 mindən çox ağac əkilib. Bunların arasında xan çinarı,eldar şamı, aylandra, leylandra və eləcə də sayı-hesabı bilinməyən qızıl güllərvə bəzək kolları əkilib. Əgər kiminsə Füzuliyə yolu düşsə, onda görər ki,rayonun girəcəyindən Horadiz şəhərinə qədər və eləcə də digər yaşayış məntəqələrindəyolun sağında və solunda nə qədər xan çinar əkilib. Və bu xan çinarının gözəlliyivə sərinliyi həmin məkana qeyri-adi bir füsnkarlıq gətirir. Zarafat deyil,15800 xan çinarı əkilib və ona qulluq edilib. Əkildiyi vaxtdan 8 il zaman ötür.Maşallah, hamısı boylu-buxunlu bir igidə bənzəyir. Adam xan çinarına baxandasanki möhtəşəm bir ordunu xatırlatdığını hiss eləyir...


Əlbəttə,ağacları əkib-becərmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq, qulluq etmək,vaxtlı-vaxtında su vermək ondan da çətindir. Ən azından ona görə ki, bu ağaclarinsan kimi qayğı, nəvaziş və diqqət istəyir. Çox yox, 10-15 gün onlara diqqətyetirməsən, baxmasan, o ağaclar insan kimi solacaq, "xəstələnəcək” və bir gün dəgörəcəksən ki, quruyub. Bütün bunlar birmənalı olaraq o ağaclara, oyaşıllıqlara, o güllərə, çiçəklərə xidmət göstərən insanların diqqət mərkəzindədir.Rayonda bu işi - Füzuli Rayon İcra Hakimiyyətinin Kommunal MüəssisələriKombinatı icra edir. O kombinatın da direktoru Teymur Qurbanovdur. Teymur müəllimsözün həqiqi mənasında bu təbiətin, bu yaşıllıqların vurğunudur. O, hər gün səhərsaat 6:00-dan xidməti maşını ilə evdən çıxır, Horadiz şəhərindəki parklarda,xiyabanlarda və digər yerlərdə olan yaşıllıqlara, ağaclara baxır, şəhərin təmizliyinədiqqət yetirir və bundan sonra tabeliyində olan əməkdaşlara öz göstərişləriniverir. Və səhər saatlarında mən də rayonda olanda onun da xəbəri olmadan buhadisələrin şahidi olmuşam. Şahidi olmuşam ki, o, səhər saat 6:00-dan Heydərparkına, Bayraq meydanına, Qəhrəmanlar parkına və digər yerlərə gedir, hər şeyi nəzərdən keçirir və bundansonra qayıdaraq işçilərinə öz tövsiyələrini bildirir.

Səhərsaatlarında Kommunal Təsərrüfatının ən çox gözə dəyən işçiləri parkları,yolları və xiyabanları süpürən təmizlik işçiləridir. Onların hamısı qadınlardı.Bu qadınlar səhər saat 6:00-dan işə başlayır və gün çıxana qədər bütün təmizlikişlərini tamamlayırlar. Onların nə qədər zəhmətkeş və halal adam olduğunuçoxları yaxşı bilir. Bu xanımlar qışın şaxtasında, sazağında, yayın istisindəyolları, küçələri, xiyabanları süpürür və heç bir çətinlikdən çəkinmədən öz işlərinivicdanla yerinə yetirirlər. Bu qadınlar hər cür diqqətə və mükafata layiqdirlər.Məndən olsa, onlara ikiqat əməkhaqqı verərəm. Ən azından ona görə ki, heç birpeşə sahibləri onlar qədər əziyyət çəkmir və onlar qədər zəhmətkeş deyillər. HəttaBakının küçələrində səhər saatlarında yolu süpürən bu qadınların bəziləriniharınlamış sürücülər avtomobili yüksək sürətlə idarə edərkən vurur vəqaçır. Arsızlığa bax ey, kömək də eləmir!Bax, belə şərəfsizlər tezliklə tapılır və cinayət məsuliyyətinə cəlb edilirlər.

Kommunal Müəssisələri Kombinatının direktoru Teymur Qurbanovla birdostluq əlaqəmiz də var. Çünki ilk görüşdən aramızda səmimiyyət, mehribanlıqyarnıb və bir-birimizə hörmətlə yanaşmışıq. Təbii ki, bu hörmət sonradandostluğa çevrilib. Mənim qızım və nəvələrim Horadizdə yaşadığına görə, yolumtez-tez bu şəhər düşür. Bayraq meydanından keçib qızımgilə gedəndə dostumTeymur müəllimə zəng elədim. Dedi ki, 15-20 dəqiqəyə Bayraq meydanının yanındaolacam. Mən də qızım və nəvələrimlə görüşüb Bayraq meydanına qayıtdım. Gördümki, artıq aşağıda, yəni Bayraq meydanının giriş yerində Teymur müəllim mənigözləyir. Onda da hava çox isti idi. Bayraq meydanından əsən sərin meh bizə birrahatlıq gətirirdi. Çünki burda minlərlə eldar şamı, digər ağaclar və bəzək kolu əkilib. Əlbəttə,bu yaşıllıqları becərmək və qorumaq elə də asan deyil. Elə Teymur Qurbanov dabu barədə mənə danışır. Deyir ki, Bayraq meydanın sahəsi 10,7 hektara çatır.Ümumilikdə isə Horadiz şəhərində 34,6 hektar yaşıllıq zolağı var. Bu yaşıllıqzolağında xan çinardan, eldar şamından, aylandradan və leylandradan tutmuş digərağaclara qədər hər şey əkilib. Bayraq meydanındakı yaşıllıqlar damcı üsulu iləsuvarılır. Və burda hər gün Kommunal Müəssisələr Kombinatının 4 əməkdaşı səhərvə axşam saatlarında yaşıllıqlara qulluq edir. Teymur müəllim bildirir ki,kombinatın 107 işçisi var. Onun 25 nəfəri təmizlik işləri ilə məşğul olur,qalanları isə digər vəzifələri yerinə yetirir. Yəni kombinatda çalışan hər birinsan öz üzərinə düşən vəzifə və missiyanı vaxtında yerinə yetirir. Kiminsə ləngiməsivə səhlənkarlığı hər hansı bir işin ləngiməsi və pozulması deməkdi. Buna görə dəheç bir işçiyə güzəşt edilmir.


... Hər mövsümünözünün işləri var. Yəni kombinatın əməkdaşları yayda olduğu kimi, payızda,qışda, yazda da yaşıllıqlara qulluq edirlər. Əgər yay vaxtı ağaclar çox su istəyirsə,digər vaxtlarda onlara başqa qulluq göstərilir, dibləri bellənilir, peyinverilir, artıq budaqlar və yarpaqlar qırılaraq ağaclar təmizlənir. Üstəlik də,mövsümə uyğun olaraq onların qorunması üçün dərmanlama işləri aparılır. Çünkibir çox həşərat və ziyanvericilər yaşıllıqları məhv edir. İyun ayınınortalarında Mərakeş çəyirtəkələri yaşıllıqlara hücum etmişdi. Əgər onlarınqarşısı vaxtında alınmasaydı, ağacların bir yarpağı belə salamat qalmazdı.Vaxtında aparılmış dərmanlama işləri bu xəstəliyin qarşısını aldı və ziyanvericiləriməhv elədi. İndi demək olar ki, Horadiz şəhərindəki bütün yaşıllıqlar hamısıqorunub və mühafizə edilib.

Kombinatındirektoru Teymur Qurbanov bildirir ki, biz son vaxtlar Horadiz-Hacıqabulyolunun Kərimbəyliyə qədər olan istiqamətində hər iki yerdə 3 minə yaxınqızılgül kolu əkmişik. Yəqin Horadizə gələndə bu gülləri görmüsünüz. Sözündüzü, elə mən də şəhərə gedəndə bu güllərin təzə əkildiyini hiss elədim. Çünkihəm balacaydı, həm də çox gözəldi. Təbii ki, bu cür yaşıllıqlar və gözəlliklərilk növbədə rayona gələn hər hansı adamın diqqətini cəlb eləyir. Və yolboyu gedəndəbiri var boz səhraya baxasan, biri də var bu cür xan çinarını, gülləri-çiçəklərigörüb ruhun və gözün dincələ.

Bütün gözəlliklərinsan üçündür. O gözəllikləri və xarüqələri yaratmaq çox çətindir. Amma onuqorumaq və daha da böyük sahələrdə inkişaf etdirmək ondan da çətindir. Ənazından ona görə ki, hər bir gözəllik insana gözəl aura, xoş ovqat və qeyri-adibir əhval-ruhiyyə bəxş edir.

Böyük SəmədVurğun yazıb:

Od tökür, od tökürgünəş ağzından,

Torpağın nəfəsitəngiyir hərdən.

Yanğınlar yağsada göyə yerlərdən,

Əl işdənsoyumur, ürək arzudan...

İndi göydən "od”yağsa da, Horadizdə o yaşıllıqları, o gülləri bu istidə göz bəbəyi kimiqoruyan, onları vaxtlı-vaxtında suvaran, qulluq edən bax belə halal və zəhmətkeşinsanlar var! O halal və zəhmətkeş insanlar göydən "od” yağanda da, şaxta adamıqılınc kimi kəsəndə də həmişə o güllərə, o çiçəklərə, o ağaclara balaları kimibaxırlar. Ona görə də Füzulidə və Horadizdə bu yaşıllıqlar və bu gözəlliklərilk növbədə rayona gələn qonaqları salamlayır və onlarda xoş təəssürat, xoşovqat yaradır...


TƏQVİM / ARXİV