adalet.az header logo
  • Bakı 19°C
10 Avqust 2020 13:22
48324
ŞOU-BİZNES
A- A+

Vüqar Muradovun çimərlikdən paylaşımı: “Dəniz, qum və dənizə həsrət insan“

Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən avqustun 5-dən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində çimərliklərin istifadəsinə icazə verilib.

Adalet.az xəbər verir ki, tanınmış müğənni Vüqar Muradovun sosial şəbəkə hesabında paylaşdığı fotolar maraq doğurub. O, pandemiya ilə bağlı karantin rejiminin yumşaldıması ilə qərardan sonra yayın dadını çıxarmaq üçün dənizə üz tutub. Ötən gün çimərlikdə olarkən çəkdirdiyi fotoya "Dəniz, qum və dənizə həsrət insan" sözünü yazaraq paylaşıb.

Qeyd edək ki, avqustun 31-ə qədər uzadılan xüsusi karantin rejimi ilə bağlı bir çox tanınmış şəxslər sosial şəbəkələrdə etiraz dolu açıqlamalar səsləndirirlər. Əslən Qax rayonundan olan tanınmış müğənni Vüqar Muradov da ötən həftə sosial şəbəkələrdə sərt video müraciət ünvanla.

Karantin rejimini ilə bağlı yalnış qərarlar verildiyini və nəticədə xalqın pis vəziyyətə düşdüyünü deyən Vüqar Muradov "artıq bıçağın sümüyə dirəndiyini” bildirmişdi.

Müğənninin bu müraciəti sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuşdu.

Əntiqə Rəşid