adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Avqust 2020 13:07
17568
GÜNDƏM
A- A+

Kəngərli sülaləsinin sonuncu generalı Cəmşid xan Naxçıvanski - Etibar Əliyev yazır

Azərbaycanın məşhur hərbi xadimi, briqada komandiri Kəngərli sülaləsinin sonuncu generalı Cəmşid xan Naxçıvanskinin (10 avqust 1895, Naxçıvan, İrəvan quberniyası – 26 avqust 1938, Moskva) doğum günüdür.


Türk qoşunları Azərbaycan Əlahiddə Korpusu ilə birgə Bakını daşnak, ermənilərdən ibarət olan və ingilislərə arxalanan "Sentrokaspi Diktaturası" qüvvələrindən təmizləyəndə Cəmşid Naxçıvanski Azərbaycanın müstəqilliyi uğrunda inamla vuruşmuşdur.


Azərbaycan Xalq Cümhuriyyətininnaziri, artileriya generalı Səmədbəy Mehmandarovun 24 mart 1920-ci il tarixli əmri ilə I süvari tatar alayının komandiri polkovnik-leytenant Cəmşid Naxçıvanski II Qarabağ süvari alayının komandiri təyin edilmişdir.

1920-ci ilin martında onun Qarabağda (Şuşada) yerləşən alayı daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak etmişdi.



C.Naxçıvanski 1923 və 1928-ci illərdə Moskvada qısa müddətli Frunze Adına Ali Hərbi Akademiya kurslarında oxumuş, Azərbaycana qayıtdıqdan sonra yenidən diviziya komandiri olmuşdur. 1933-cü ildə akademiyanı fərqlənmə diplomu ilə bitirdikdən sonra orada müəllim saxlanılmış, 3 il ümumi taktika kafedrasına rəhbərlik etmiş, akademiyada əsas fakültənin kurs rəisi olmuşdur.


C.Naxçıvanski 20 may 1938-ci ildə antisovet təşkilatın işində iştirakda günahlandırılaraq üçüncü dəfə həbs edildi. 26 avqust 1938-ci ildə Lefortova zindanında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri Vasili Vasilyeviç Ulrixin sədrliyi ilə keçirilən səyyar məhkəmə iclasında o, Sovet hökumətinin devrilməsi məqsədilə sui-qəsddə iştirakda və casusluqda günahkar hesab edildi. O, əmlakı müsadirə edilməklə güllələnmə cəzasına məhkum edildi və elə həmin gün də güllələndi.
Heydər Əliyevin təşəbbüsü ilə 19 aprel 1971-ci ildə yaradılmış Hərbi liseyə onun adı verilmişdir.