adalet.az header logo
  • Bakı 12°C
10 Avqust 2021 10:05
128921
ŞOU-BİZNES
A- A+

Qaraçı qızı Bahriyədən ulduz Kibariyəyə gedən uzun bir yol...

Qaraçı kökənli, Türkiyənin sevilən müğənnisi  Kibariyənin bu gün doğum günüdür.

Adalet.az xəbər verir ki, əsil adı Bahriyə Tokmak olan müğənni 1959-cu ildə 10 avqust ayında Manisada doğulub. Tütün plantasiyasında fəhlə olaraq çalışan ata-anasının nigahdan kənar ilk övladı olub. Kibariyənin doğulmasından sonra valideynlər evlənmiş, 8 övladları olmuşdu.

Bilinməyən səbəbdən Kibariyə böyüdükdən sonra Türkiyə məhkəmələrinə müraciət edərək doğum tarixini dəyişmiş, pasportuna doğum tarixini 1960-cı il yazdırmışdı. Türk Arabesk-pop musiqisinin tanınmış simalarından olaraq nəinki Türkiyədə, eləcədə, dünyanın bir çox ölkələrində geniş dinləyici kütləsi qazanmışdır. "Yaşıl Cam” filmlərinin də sevilən oyunçularından olub. Ümumiyyətlə serial və filmlərdə yaratdığı, ona məşhurluq qazandıran rolları ilə də seçilir. Kibariyənin şəxsi həyatında da hər zaman çətinliklər olub.

O, 21 dekabr 1979-cu ildə taksi sürücüsü Tunay Ürəklə evləndi. Uşaqları olmadığı üçün cütlük boşandı. 1999-cu il də - 39 yaşında isə ikinci evliliyini özündən 19 yaş kiçik olan Əli Küçükbalçık ilə reallaşdırır. Kibariyənin bu evliliyindən Birgül adlı bir qızı var.

 

Kibariyənin əri

 

 

Maraqlıdır ki, Kibariyənin həyat yoldaşı bir müddətdir münasibətdə olduğu sevgilisi ilə dini nikah bağlayıb.

"Söylemezsem olmaz” proqramının iddiasına görə, Ali Küçükbalçıkın Qamze adlı sevgilisi Adanadandır. Hətta Əli Küçükbalçıkın sevgilisi üçün İstanbulda ev aldığı da iddia olunur.

Kibariyə və həyat yoldaşı proqramın irəli sürdüyü məsələ barədə səssiz qalıb.

Xatırladaq ki, A.Küçükbalçıkın bir necə dəfə başqa xanımlarla birgə fotoları yayılıb.Başqa məlumatlarda Kibariyənin əri Əli Küçükbalçıkdan boşanmağa hazırlaşdığı bildirilirdi. Bu barədə məşhur sənətçi və yazıçı Onur Akay məlumat vermişdi: "Kibariyə bu dəfə əri tərəfindən yaxın rəfiqəsi ilə aldadılıb. Bu dəfə vəziyyət ciddidir. Kibariyə boşanır”.
Bodrum sahilində sarışın qadınla qucaqlaşan Alinin fotoları çəkilmişdi. Sonradan məlum olub ki, sarışın qadın Kibariyənin yaxın rəfiqəsidir.

 

Başqa xəbərlərdə isə bildirilir ki. həyat yoldaşı Ali Küçükbalçık livanlı qadınla eşq yaşadığı və sərvətini Kiprin qumarxanalarda xərclədiyi üçün müsadirə ilə bağlı təlaş yaşayan məşhur türk müğənni Kibariyə evini dəyər-dəyməzinə satmaq məcburiyyətində qalıb.

Kibariyə ərinin 10 milyon lirə məbləğində borcunu ödəmək məqsədilə 3 milyon lirəlik evini 1 milyon 390 min lirəyə satıb.

Ötən il ərinin borcları üzündən çətin günlər yaşayan tanınmış müğənni fədakarlığı ilə yadda qalıb. A.Küçükbalçık Kibariyəyə başqa qadınla xəyanət etsə də, müğənni həyat yoldaşını bağışlayıb.

 

Kibariyənin qızı

 

 

Kibariyənin qızı Birgül Küçükbalçık ailə həyatı qurdu. Toyda cütlüyün ailə üzvləri və yaxın dostları iştirak edib.

Birgül təcavüzə məruz qaldığı Bülent Burak Uçaka ərə gedib. Onların tanışlığı isə 6 il bundan əvvələ dayanır. Belə ki, Birgül 14 yaşındaykən sosial şəbəkədə Bülentlə tanış olaraq görüşüb. B. Uçak sənətçinin qızını zorlayıb və bundan xəbərdar olan Kibariyə polisə müraciət edib.

Uzun illərdir davam edən məhkəmə prosesi 2018-ci ildə hər iki tərəfin barışığı ilə nəticələnib və cütlük hazırda valideyn olacaqları günə az qalıb.

 

Kibariyə və Azərbaycan

 

 

Ölkəmizin paytaxtında iki dəfə konsert verən Türkiyəli müğənni hətta Rusiyada fəaliyyət göstərən iş adamının övladının toyunda iştirak edib. Toy Şəmkir rayonunun Şiştəpə kəndində baş tutub. Toydan bir gün əvvəl isə Kibariyə Şəmkirdəki "Exselsior” otelində dincəlib.

SON OLARAQ: Bu ilin may ayında Türkiyə qəzetlərinin əsas səhifələri bu xəbərlərlə doldu:

Sebahattin Kibariyənin Yalıkavakdakı evini 2019-cu ildə 4,5 milyon lirəyə satın aldığını, amma banka borcu olduğu üçün  2 ildir villanı adına keçirə bilmədiyini söyləyib.

Biznesmen ifaçı və ərinin evi iki fərqli adama satdığını bildirib. Qirgin "Bu evi 2 il əvvəl Kibariyə xanımdan satın aldım. Ataşehirdəki evlərində görüşdük. 2 milyon 300 min banka borcu var idi. Onu bağlamaq və cütlüyə 2 milyon 200 min lirə ödəyəcəyimi deyib, razılaşdıq. "Mən oxuyub, yaza bilmirəm" dedi. Notarius müqaviləsini öz əli ilə yazdı, müğənni də imzaladı. Bundan sonra ödəmə etdim. Amma evi iki başqa adama da kirayə veriblər. Adamlar evimə gəlib 120 min lirəlik ziyan vurdular. Mənə ziyan verdilər. Mənə "qardaşım" deyən Kibariyə polisə "Onu heç tanımıram, evimə icazəsiz girib, əlimdən almaq istəyir" sözlərini deyib. Daha sonra da evi Ahmet Serin adlı başqa birinə satdılar. Əri Ali və evin yeni sahibi Ahmet məni ölümlə təhdid edir. Polisə şikayət etmişəm" deyə, açıqlamasında qeyd edib.

Əntiqə Rəşid