adalet.az header logo
  • Bakı 19°C
10 Avqust 2020 12:18
12484
GÜNDƏM
A- A+

Əfqan Nağıyev ev dustaqlığına buraxılıb - Rəsmi

Dövlət Sərhəd Xidmətinin (DSX) sabiq rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.

Adalet.az-ın məlumatına görtə, bununla bağlı Bakı Hərbi Məhkəməsi qərar çıxarıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, Ə. Nağıyev və Sahil Mühafizə Xidmətinin vəzifəli şəxsləri Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.