adalet.az header logo
  • Bakı 13°C
10 Avqust 2020 10:23
17454
DÜNYA
A- A+

Pakistanda daşqınlar: 60-dan çox ölü

Pakistanda musson yağışları və daşqınlar nəticəsində son 3 gün ərzində 64 nəfər həlak olub.

Adalet.az-ın məlumatına görə, ən çox itki ölkənin şimal qərbindəki Xayber-Pahtunkva əyalətində qeydə alınıb.

Regionda yüzlərlə ev dağılıb, küçələr su altında qalıb. Əhalinin təxliyəsi üçün hərbçilər cəlb olunub.

Ölkənin iri şəhərləri, Kəraçi və Lahorda həyat iflic olub. Nəqliyyatın hərəkəti dayanıb, iş yerləri müvəqqəti bağlanıb.