adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
10 Avqust 2020 10:04
47416
KRİMİNAL
A- A+

Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən "Xaş–xaş 2020” əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Bayan kəndi ərazisindəki əkin sahəsində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, ümumi çəkisi 3180 kiloqram olan 2650 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.