“Sileks”in baş məşqçisi: “Qarabağ” favoritdir”
UEFA Çempionlar Liqasının 2020/2021 mövsümünün I təsnifat mərhələsində "Qarabağ”ın rəqibi olan "Sileks”in baş məşqçisi Qoran Simov püşkatmanın nəticələrini dəyərləndirib.
Ekipa.mk saytının yaydığı məlumata görə, Simov Ağdam klubunu qarşılaşmanın favoriti adlandırıb.
Onun sözlərinə görə, buna baxmayaraq, "Sileks” mərhələ adlamaq üçün əlindən gələni edəcək:
"Qarabağ” yeddi il Azərbaycan çempionu olmuş və mütəmmadi olaraq avrokuboklara vəsiqə qazanan əla komandadır. Əlimizdən gələni edəcəyik. Ümid sonda ölür”.
Qeyd edək ki, bu matç Bakıda baş tutacaq. Bir oyundan ibarət olacaq I təsnifat mərhələsinin görüşləri avqustun 18-19-da keçiriləcək.
Digər Xəbərlər
18 Aprel 2024 18:45