adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
09 Avqust 2020 13:33
23342
DÜNYA
A- A+

Bill Qeyts koronavirusun bitəcəyi tarixi açıqladı

"Microsoft” şirkətinin təsisçisi Bill Qeyts dünyanı cənginə alan koronavirus epidemiyasının bitəcəyi tarixi açıqlayıb.

CNET-in yaydığı xəbərə görə, Qeyts verdiyi açıqlamada dünyanın varlı ölkələrinin bu bəladan tezliklə qurtulacağını deyib.

O bildirib ki, koronavirus peyvəndi ilə bağlı problem 2021-ci ilin sonuna qədər həll ediləcək.

Milyarder qeyd edib ki, qalan ölkələrdə isə bu bəla 2022-ci ilin sonunda başa çatacaq.

Qeyd edək ki, Bill Qeyts COVID-19 əleyhinə peyvəndin hazırlanması üçün 300 milyon dollar vəsait ayırıb.